"Yeni Azərbaycan" təşviqat
qrupunun bölgə seminarları keçirilmişdir
Fevralın 9-da Azərbaycan
Respublikasının Konstitusiyasına
əlavələr və
dəyişikliklərlə bağlı martın 18-nə
təyin olunmuş ümumxalq səsverməsinə
hazırlıqla əlaqədar
"Yeni Azərbaycan"
təşviqat qrupunun
Dəvəçi, Siyəzən
və Xızı rayonlarının nümayəndələri
üçün Dəvəçi
şəhərində, sonra
Xaçmaz, Quba və Qusar rayonlarının
nümayəndələri üçün
Xaçmaz şəhərində
seminarlar keçirilmişdir.
Seminarlarda Azərbaycan
Konstitusiyasına əlavələr
və dəyişikliklərlə
bağlı "Yeni Azərbaycan" təşviqat
qrupunun səlahiyyətli
nümayəndəsi, YAP sədrinin
müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov təşviqat
qrupunun nümayəndələri
qarşısında referendumun
keçirilməsini zəruri
edən şərtlər
və ümumxalq müzakirəsinə təklif
olunmuş əlavə
və dəyişikliklərin
mahiyyəti barəsində
geniş nitq söyləmişdir. Natiq qeyd
etmişdir ki, "Yeni Azərbaycan" təşviqat qrupu konstitusiyamıza təklif
olunan əlavələr
və dəyişikliklərin
hər biri ilə bağlı geniş məlumat verməyi və maarifləndirmə işləri
aparmağı qarşısına
əsas məqsəd qoymuşdur.
Müşavirələrdə "Yeni
Azərbaycan" təşviqat
qrupunun səlahiyyətli
nümayəndələrindən MM-in komissiya sədri Eldar İbrahimov, həmçinin parlamentin deputatları Tahir Süleymanov və Yevda Abramov iştirak
etmişlər.
Martın 18-nə təyin olunmuş referendumla əlaqədar yaradılmış "Yeni
Azərbaycan" təşviqat
qrupu Qəbələ
şəhərində seminar keçirmişdir.
Tədbirdə "Yeni Azərbaycan" təşviqat qrupunun Şəki, Qəbələ
və Oğuz rayonlarındakı qərargahlarının
üzvləri iştirak
etmişlər.
180-nə yaxın
nümayəndənin iştirak
etdiyi seminarda "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi,
Milli Məclisin deputatı, YAP icra katibinin müavini Mübariz Qurbanlı,
"Yeni Azərbaycan"
təşviqat qrupunun
vəkili, Milli Məclisin deputatı Fəttah Heydərov Azərbaycan Respublikası
Konstitusiyasına təklif
edilən əlavələr
və dəyişikliklərin
mahiyyətini açıqlamışdır.
Təşviqat qrupunun Qəbələ
rayon qərargahının rəhbəri,
AzərTAc
Azərbaycan.-2009.-10 fevral.-S.4.