Əli Babacan: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli
yalnız Azərbaycanın
ərazi bütövlüyü
çərçivəsində mümkündür
Görüşdə ikitərəfli əməkdaşlıq,
regional və beynəlxalq
məsələlər müzakirə
olunmuşdur.
E.Məmmədyarov Türkiyənin Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması
təklifini yüksək
dəyərləndirmiş, təşəbbüsün region üçün vacibliyini
və onun gələcəkdə reallaşması
ilə bağlı müzakirələrin davam
etdirilməsinin vacibliyini
vurğulamışdır. Nazir, həmçinin
Türkiyənin dünyanın
müxtəlif regionlarında
və xüsusilə
BMT-nin Təhlükəsizlik
Şurasının üzvü
kimi sülhpərvər
səylərini yüksək
qiymətləndirmişdir.
Türkiyənin xarici işlər naziri Ə.Babacan regionda sülhün bərqərar olunmasının
zəruriliyini vurğulamış,
münaqişələrin tez
bir zamanda həllinin vacibliyini qeyd etmişdir. O, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin yalnız
Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
həllinin mümkünlüyünü
bildirmişdir.
Görüşdə qarşılıqlı maraq
doğuran məsələlər
müzakirə olunmuşdur.
AzərTAc
Azərbaycan.-2009.-10 fevral.-S.4.