Əl-Küveyt hava limanında rəsmi qarşılanma mərasimi
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev fevralın 10-da Küveyt Dövlətinə rəsmi
səfərə gəlmişdir.
Azərbaycanın və Küveytin dövlət bayraqları ilə bəzədilmiş
Əl-Küveyt Beynəlxalq
Hava Limanında dövlətimizin başçısının
şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi təyyarənin pilləkəni yanında Küveyt Dövlətinin Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, Küveyt vəliəhdi şeyx Nəvvaf əl-Əhməd əs-Sabah, Milli Məclisin sədri Casim Məhəmməd əl-Xərafi, Baş nazir şeyx Nasir əl-Məhəmməd əl-Əhməd əs-Sabah və digər rəsmi şəxslər böyük hörmət və ehtiramla qarşıladılar.
Milli geyimli uşaqlar Azərbaycan Prezidentinə gül dəstəsi təqdim etdilər.
Azərbaycanın və Küveytin dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə
raport verdi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən
keçdilər.
Küveyt Dövlətinin rəsmi şəxsləri Prezident
İlham Əliyevə,
Azərbaycan nümayəndə
heyətinin üzvləri
Əmir şeyx
Sonra dövlət başçıları
arasında qısa protokol söhbəti oldu.
Prezident İlham Əliyev hava limanından onun üçün ayrılmış iqamətgaha
yola düşdü.
AzərTAc
Azərbaycan.-2009.-11 fevral.-S.1.