Azərbaycan Prezidenti İlham Əliyevin və Küveyt Dövlətinin Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın görüşü
Fevralın 10-da Küveyt paytaxtının
"Bəyan" sarayında
Azərbaycan Prezidenti İlham Əliyevin və Küveyt Dövlətinin Əmiri şeyx
Görüşdə iki ölkə arasında münasibətlərin inkişaf etdiyi, siyasi əlaqələrin yüksək səviyyədə olduğu bildirildi. Azərbaycanla Küveyt arasında iqtisadiyyat, ticarət, turizm, investisiya sahələrində əlaqələrin inkişaf etdirilməsindən söhbət açıldı.
Dövlət başçıları beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi apardılar.
* * *
Görüş başa çatdıqdan sonra Azərbaycan Prezidentinin və Küveyt Dövləti Əmirinin yüksək dövlət ordenləri ilə qarşılıqlı təltif edilməsi mərasimi oldu.
Əmir şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah Prezident İlham Əliyevə ölkəsinin ən ali mükafatı olan "Mübarək əl-Kəbir" ordenini təqdim etdi.
Prezident İlham Əliyev Əmir şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha Azərbaycanın ali mükafatını - "Heydər Əliyev" ordenini təqdim etdi.
Mərasimdə Küveytin vəliəhdi şeyx Nəvvaf əl-Əhməd əs-Sabah və digər rəsmi şəxslər, Azərbaycan nümayəndə heyətinin üzvləri iştirak edirdilər.
AzərTAc
Azərbaycan.-2009.-11 fevral.-S.1.