Azərbaycan Prezidenti İlham Əliyevin Küveyt Ticarət və Sənaye Palatası İdarə Heyətinin sədri ilə görüşü
Fevralın
10-da əl-Küveytdə Azərbaycan Prezidenti İlham Əliyev
onun üçün ayrılmış iqamətgahda - "Bəyan"
sarayında Küveyt Ticarət və Sənaye Palatası idarə
heyətinin sədri Əli Məhəmməd Sünayən əl-Ğənim
ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndiyi məmnunluqla vurğulandı. Eyni zamanda bildirildi ki, qarşılıqlı iqtisadi-ticarət əlaqələri mövcud potensiala cavab vermir və bu əlaqələrin genişləndirilməsi üçün konkret tədbirlərin görülməsi zəruridir.
Söhbət zamanı qarşılıqlı investisiyaların qoyulması, birgə müəssisələrin yaradılması və digər konkret istiqamətlərdə işlərin görülməsinin vacibliyi vurğulandı və əməkdaşlığın genişlənəcəyinə əminlik ifadə olundu.
AzərTAc
Azərbaycan.-2009.-11 fevral.-S.2.