Azərbaycan Prezidenti İlham Əliyevin Küveyt Milli
Məclisinin Sədri ilə görüşü
Fevralın 10-da Azərbaycan
Prezidenti İlham Əliyev onun üçün
ayrılmış iqamətgahda - "Bəyan"
sarayında Küveyt Milli Məclisinin Sədri Casim Məhəmməd
əl-Xərafi ilə görüşmüşdür.
Görüşdə Azərbaycanla Küveyt arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olundu, Azərbaycan Prezidentinin Küveyt Dövlətinə rəsmi səfərinin qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyi vurğulandı. Parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunulan görüşdə bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından yaxşı perspektivlərin mövcudluğu bildirildi, münasibətlərimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
AzərTAc
Azərbaycan.-2009.-11 fevral.-S.2.