Azərbaycan Prezidenti İlham Əliyevin Küveyt Dövlətinin Baş naziri ilə görüşü
Fevralın 10-da Azərbaycan
Prezidenti İlham Əliyev onun üçün
ayrılmış iqamətgahda - "Bəyan"
sarayında Küveyt Dövlətinin Baş naziri şeyx Nasir
əl-Məhəmməd əl-Əhməd əs-Sabah ilə
görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafı vurğulandı, iqtisadi əlaqələrin genişlənməsi üçün yaxşı potensialın olduğu bildirildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Küveyt Dövlətinə rəsmi səfərinin əhəmiyyətinin xüsusi vurğulandığı görüşdə ikitərəfli əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi.
AzərTAc
Azərbaycan.-2009.-11 fevral.-S.2.