Sənədlərin imzalanması mərasimi

 

Fevralın 10-da ali dövlət mükafatlarının təqdim edilməsindən sonra "Bəyan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin Küveyt Dövlətinin Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın iştirakı ilə sənədlərin imzalanması mərasimi olmuşdur.

Azərbaycan Respublikası hökuməti Küveyt Dövləti hökuməti arasında əməkdaşlığa dair Birgə Komissiyanın yaradılması haqqında sazişi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Küveyt tərəfdən Baş nazirin müavini xarici işlər naziri Məhəmməd Sabah əl-Səlim əs-Sabah, Azərbaycan Respublikası Hökuməti Küveyt Dövləti Hökuməti arasında sərmayələrin təşviqi qarşılıqlı qorunması haqqında sazişi Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev, Küveyt tərəfdən maliyyə naziri Mustafa Casim əl-Şimali, Azərbaycan Respublikası Hökuməti Küveyt Dövləti Hökuməti arasında gəlirlərə əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması vergidən yayınmanın qarşısının alınması haqqında sazişi Azərbaycan tərəfdən vergilər naziri Fazil Məmmədov, Küveyt tərəfdən maliyyə naziri Mustafa Casim əl-Şimali, Azərbaycan Respublikası hökuməti Küveyt Dövləti hökuməti arasında ticarət sazişini Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev, Küveyt tərəfdən ticarət sənaye naziri Milli Məclis işləri üzrə dövlət naziri Əhməd Yaqub Bağır əl-Abdullah, Azərbaycan Respublikası Hökuməti Küveyt Dövləti Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən mədəniyyət turizm naziri Əbülfəs Qarayev, Küveyt tərəfdən ticarət sənaye naziri Milli Məclis işləri üzrə dövlət naziri Əhməd Yaqub Bağır əl-Abdullah imzaladılar.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-11 fevral.-S.2.