İran İslam Respublikasının Prezidenti
zati-aliləri cənab Mahmud Əhmədinejada
Hörmətli cənab Prezident!
İran İslam Respublikasının milli bayramı - İslam inqilabı günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirirəm.
Biz dost və qonşu ölkələrimiz arasındakı münasibətlərin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Əminəm ki, qarşılıqlı dəstəyə və etibara əsaslanan münasibətlərimizin, faydalı əməkdaşlığımızın zəngin ənənələrini müvəffəqiyyətlə davam etdirmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İran xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 6 fevral 2009-cu il
Azərbaycan.-2009.-11 fevral.-S.2.