Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
tədbirləri haqqında
Azərbaycan Respublikasında
dövlət büdcəsi
vəsaitinin və dövlət borcunun idarə edilməsi, dövlət xəzinədarlığı,
dövlət maliyyə,
əyar, sığorta
fəaliyyəti, mühasibat
uçotunun təşkili
və aparılması
sahələrində dövlət
nəzarətinin və
tənzimlənməsinin müasir
tələblərə uyğun
təşkilini təmin
etmək və Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin fəaliyyətini təkmilləşdirmək
məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi, Dövlət Maliyyə Nəzarəti Xidməti və Dövlət Sığorta
Nəzarəti Xidməti
yaradılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının
bazasında Azərbaycan
Respublikası Maliyyə
Nazirliyinin Dövlət
Xəzinədarlığı Agentliyi yaradılsın.
3. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatasının bazasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət
Xidməti yaradılsın.
4. "Azərbaycan
Respublikası Maliyyə
Nazirliyinin strukturu"
təsdiq edilsin (əlavə olunur - Əlavə I).
5. "Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi haqqında Əsasnamə" təsdiq
edilsin (əlavə olunur - Əlavə II).
6. "Azərbaycan
Respublikası Maliyyə
Nazirliyinin Dövlət
Xəzinədarlığı Agentliyi haqqında Əsasnamə" təsdiq
edilsin (əlavə olunur - Əlavə III).
7. "Azərbaycan
Respublikası Maliyyə
Nazirliyinin Dövlət
Borcunun İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə"
təsdiq edilsin (əlavə olunur - Əlavə IV).
8. "Azərbaycan
Respublikası Maliyyə
Nazirliyinin Dövlət
Maliyyə Nəzarəti
Xidməti haqqında Əsasnamə" təsdiq
edilsin (əlavə olunur - Əlavə V).
9. "Azərbaycan
Respublikası Maliyyə
Nazirliyinin Dövlət
Sığorta Nəzarəti
Xidməti haqqında Əsasnamə" təsdiq
edilsin (əlavə olunur - Əlavə VI).
10. "Azərbaycan
Respublikası Maliyyə
Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət
Xidməti haqqında Əsasnamə" təsdiq
edilsin (əlavə olunur - Əlavə VII).
11. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, bir ay müddətində:
11.1. Azərbaycan
Respublikası Maliyyə
Nazirliyinin işçilərinin
ümumi say tərkibini
müəyyən etsin
və Nazirliyin strukturuna daxil olan qurumların maliyyə təminatı ilə bağlı məsələləri həll
etsin;
11.2. qüvvədə olan
qanunvericilik aktlarının
bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
11.3. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
11.4. bu Fərmandan
irəli gələn digər məsələləri həll
etsin.
12. "Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 4 fevral tarixli 271 nömrəli
Fərmanı (3-cü bənd istisna olmaqla) və "Azərbaycan
Respublikasında dövlət xəzinədarlığının
yaradılması haqqında" Azərbaycan Respublikası
Prezidentinin 1995-ci il 4 oktyabr tarixli 398 nömrəli Fərmanının
3-cü bəndi qüvvədən düşmüş hesab
edilsin.
13. Bu Fərman
dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 fevral 2009-cu il
Azərbaycan.-2009.-11 fevral.-S.2.