İranın milli bayramı şərəfinə

 

İranın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - İslam inqilabının 30-cu ildönümü münasibətilə "Gülüstan" sarayında rəsmi qəbul təşkil etmişdir.

Azərbaycan Respublikasının İran İslam Respublikasının dövlət himnləri səslənmişdir.

İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare çıxış edərək ölkəsinin inqilabdan ötən 30 ildə keçdiyi inkişaf yolundan danışmış, bu illər ərzində iqtisadi mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulamışdır.

Diplomat dost qonşu ölkələr olan İran ilə Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək demişdir ki, dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər danışıqlar ikitərəfli münasibətlərin yüksələn xətt üzrə inkişafına əlverişli zəmin yaradır.

Səfir demokratiya yolu ilə irəliləyən, dinamik inkişaf etməkdə olan müstəqil Azərbaycan Respublikasına, xalqımıza uğurlar arzulamışdır.

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov əlamətdar gün münasibətilə dost İran xalqını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik etmiş, dövlətimizin başçısının salamlarını xoş arzularını çatdırmışdır.

Natiq demişdir ki, İran Prezidenti Mahmud Əhmədinejadın ölkəmizə Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfərləri əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dostluq mehriban qonşuluq münasibətlərində yeni mərhələ açmışdır.

Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçiləri, paytaxt ictimaiyyətinin nümayəndələri qəbulda iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-11 fevral.-S.3.