"Yeni Azərbaycan" təşviqat qrupu Gəncədə referendumla bağlı zona seminar-müşavirəsi keçirmişdir

 

Azərbaycan Respublikası Konstitusiyasına əlavələr dəyişikliklərlə bağlı martın 18-nə təyin olunmuş referendumla əlaqədar "Yeni Azərbaycan" təşviqat qrupu Gəncədə zona seminar-müşavirəsi keçirmişdir.

Gəncə ilə yanaşı, Yeni Azərbaycan Partiyası Naftalan, Samux Kəlbəcər rayon təşkilatları sədrlərinin fəallarının iştirakı ilə keçirilən seminar-müşavirədə referenduma hazırlığın vəziyyəti qarşıda duran vəzifələr ətraflı müzakirə edilmişdir.

Seminar-müşavirədə YAP Gəncə şəhər təşkilatının sədri İsrafil İsmayılov, Milli Məclisin deputatları Aydın Abbasov, Rövşən Rzayev başqaları çıxış edərək Konstitusiyanın 29 maddəsinə ediləcək əlavələr dəyişikliklər ətrafında fikir mübadiləsi aparmış, bu siyasi kampaniyanın yüksək fəallıq şəraitində keçməsi üçün qarşıda duran vəzifələrdən danışmışlar.

Seminar-müşavirədə iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-11 fevral.-S.3.