Bədii gimnastika üzrə paytaxt birinciliyi keçirildi

 

Bakı Olimpiya-İdman Kompleksində bədii gimnastika üzrə sayca 16-cı paytaxt birinciliyi keçirilmişdir. 36 gimnast üç yaş kateqoriyasında mübarizə aparmışdır.

Turnirin ilk günündə 2000-2001-ci il təvəllüdlü gimnastlar iki proqram (alətsiz iplə) üzrə çıxış etmişlər. Respublika Kompleks İdman Məktəbini təmsil edən Jalə Piriyeva 34,25 bal toplayaraq birinci yeri tutmuşdur. Gümüş medala Ləman Məmmədova ("Həmkarlar İttifaqları"), bürünc medala isə Nuray Sərdarlı (Bakı Gimnastika Məktəbi) layiq görülmüşlər. Onlar müvafiq olaraq 32,9 30,95 ballıq nəticə göstərmişlər.

1998-1999-cu il təvəllüdlü idmançılar da alətsiz iplə kompozisiyalar ifa etmişlər. Bu yaş kateqoriyasında birinci yerə 39,775 balla Nilufər Niftəliyeva (Bakı Gimnastika Məktəbi) çıxmışdır. Sonrakı iki yerdə Cənnət Məmmədova ("Həmkarlar İttifaqları", 38, 55 bal) Mehparə Mansurova ("Həmkarlar İttifaqları", 37,2 bal) qərarlaşmışlar.

Birinciliyin son günündə 1995-1997-ci il təvəllüdlü gimnastlar yarışa qoşulmuşlar. İp, halqa topla çıxışlarda Ayşə Mustafayeva ("Həmkarlar İttifaqları") 60,975 balla bütün rəqiblərini geridə qoyaraq qızıl medalın sahibi olmuşdur. Yekaterina Prokopenko (Respublika Kompleks İdman Məktəbi, 60,775 bal) ikinci olmuş, Mənsurə Bağıyeva (Respublika Kompleks İdman Məktəbi, 58,585 bal) isə üçüncü yeri tutmuşdur.

 

 

Azərbaycan.-2009.-11 fevral.-S.8.