Azərbaycan Prezidenti İlham Əliyevin Küveytə rəsmi səfəri başa çatmışdır

 

 Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Küveyt Dövlətinə rəsmi səfəri başa çatmışdır.

Azərbaycanın Küveytin dövlət bayraqları ilə bəzədilmiş Əl-Küveyt beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 Azərbaycanın Küveytin dövlət himnləri səsləndi.

Prezident İlham Əliyevi Küveyt Dövlətinin əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah ölkənin digər rəsmi şəxsləri böyük hörmət ehtiramla yola saldılar.

 

***

Dövlətimizin başçısı həmin gün Bakıya qayıtdı.

Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-12 fevral.-S.1.