Azərbaycan Prezidenti İlham Əliyevin yanında hüquq-mühafizə orqanlarının rəhbər işçilərinin iştirakı ilə iclas keçirilmişdir

 

Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı - respublika müdafiə nazirinin müavini, general-leytenant Rail Rzayevin qətli ilə əlaqədar fevralın 11-də Prezident İlham Əliyevin yanında hüquq-mühafizə orqanlarının rəhbər işçilərinin iştirakı ilə iclas keçirilmişdir.

Prezident İLHAM ƏLİYEV iclası açaraq dedi:

- Mən bu qanlı cinayəti qətiyyətlə pisləyirəm Rail Rzayevin ailəsinə yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah ona rəhmət eləsin!

Hüquq-mühafizə orqanlarından tələb edirəm ki, bu dəhşətli qətl hadisəsini törədənlər onun sifarişçiləri cinayət məsuliyyətinə cəlb olunsunlar. Bilirəm ki, indi operativ istintaq qrupları yaradılmışdır, işlər gedir, ilkin məlumatlar var. Azərbaycan dövlətinin imkanları çox böyükdür bizə qarşı - dövlətçiliyə qarşı, dinc əhaliyə qarşı edilən hər bir cinayətkar əməllərə görə onu törədənlər cavab verməlidirlər cavab verirlər. Bir daha demək istəyirəm ki, Azərbaycan dövləti özünü müdafiə etməyə qadirdir. Bizim xalqımız əvvəllər , 1990-cı illərin əvvəllərində terror aktlarına məruz qalmışdır, günahsız insanlar qətlə yetirilmişdir. Biz müxtəlif dövrlərdə bunun şahidi olmuşuq. Ancaq bütün o qanlı hadisələrin üstü açılmışdır, cinayətkarlar öz cəzasını çəkirlər çəkməlidirlər. Müxtəlif dövrlərdə Azərbaycanda daxili siyasi vəziyyətin gərginləşdirilməsi üçün cəhdlər göstərilir. Ancaq Azərbaycan ictimaiyyəti bunu yaxşı bilir ki, bütün hallarda hüquq-mühafizə orqanları bu cinayətlərin qarşısının alınması, cinayətkar dəstələrin zərərsizləşdirilməsi məhv edilməsi üçün bütün lazımi tədbirləri görür. Ümid edirəm ki, bu dəhşətli hadisəni törədənlər cinayət məsuliyyətinə cəlb olunacaqdır.

 

***

 

Hüquq-mühafizə orqanlarının rəhbər işçiləri iclasda çıxış edərək vəziyyət barədə məlumat verdilər.

Dövlətimizin başçısı hadisənin diqqətlə araşdırılması cinayətin üstünün qısa müddətdə açılması üçün təcili tədbirlərin görülməsi barədə konkret tapşırıqlar verdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-12 fevral.-S.1.