"Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N1, maddə 8; 2001-ci il, N12, maddə 736; 2003-cü il, N1, maddə 7; 2004-cü il, N1, maddə 6; 2007-ci il, N6, maddə 560) aşağıdakı dəyişikliklər edilsin:

1. 18-ci maddənin beşinci abzasında "istehsalı istifadəsi üzrə dövlət regional balansları" sözləri "istehsalını, istehlakını dövriyyəsini özündə əks etdirən ərzaq balansı" sözləri ilə əvəz edilsin.

2. 20-ci maddədə:

2.1. birinci hissə aşağıdakı redaksiyada verilsin:

"Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin hazırlanıb həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər il müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ərzaq balansı tərtib olunur.";

2.2. ikinci hissədən "müvafiq qaydada təsdiq edilmiş ərzaq balansları əsasında yalnız" sözləri çıxarılsın.

II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2008-ci il

 

 

Azərbaycan.-2009.-12 fevral.-S.1.