Azərbaycanın vergi xidməti əməkdaşları
peşə bayramlarını
qeyd ediblər
Vergilər Nazirliyində vergi xidməti işçilərinin
peşə bayramına
və Vergilər Nazirliyinin yaradılmasının
9-cu ildönümünə həsr edilmiş kollegiya iclası keçirilmişdir.
Tədbirdə çıxış edən
vergilər naziri, 2-ci dərəcəli dövlət
vergi xidməti müşaviri Fazil Məmmədov vergi xidməti əməkdaşlarını
Vergilər Nazirliyinin yaradılmasının 9-cu ildönümü
və vergi işçilərinin peşə
bayramı münasibətilə
təbrik etmişdir.
Nazir qeyd etmişdir ki, Azərbaycanda müasir vergi xidmətinin yaradılması
ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz 9 il bundan
əvvəl ulu öndər Heydər Əliyev Baş Dövlət Vergi Müfəttişliyinin bazasında
Vergilər Nazirliyinin yaradılması haqqında
2000-ci il 11 fevral tarixli fərman imzalamışdır. Xalqımızın dahi öndərinin rəhbərliyi altında
vergi sisteminin müasir standartlar əsasında formalaşdırılması
üçün mühüm
tədbirlər həyata
keçirilmiş, ulu
öndərin təşəbbüsü
ilə ölkəmizin
vergi siyasətinin konsepsiyası müəyyən
olunmuş, vergi sistemində aparılan islahatların strategiyası
və əsas istiqamətləri təsbit
edilmişdir.
Fazil Məmmədov bildirmişdir
ki, vergi sistemində genişmiqyaslı
islahatların uğurunun
təmin edilməsində
vahid və səmərəli idarəetmə
strukturunun yaradılması
mühüm rol oynamışdır. Eyni zamanda, ulu öndər
Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı,
Prezident İlham Əliyev də fevral ayının 11-ni Azərbaycan Respublikası
vergi xidməti işçilərinin peşə
bayramı günü
kimi təsis etmiş, bununla da müstəqil inkişaf yolunu seçmiş cəmiyyətimizdə
vergi xidməti işçilərinin yeri
və roluna ölkə rəhbərliyi
tərəfindən yenidən
yüksək münasibət
bildirilmişdir.
Azərbaycan iqtisadiyyatının inkişaf
vəziyyətinə toxunan
F.Məmmədov qeyd etmişdir ki, cənab İlham Əliyevin hakimiyyəti dövrü də böyük uğurlarla zəngin olmuş, ölkəmiz iqtisadi artım sürətinə
görə dünyada
lider dövlətə
çevrilmişdir. Dövlət başçısı tərəfindən
2003-cü ildə irəli
sürülmüş iqtisadiyyatın
inkişaf templərinin
sürətləndirilməsi strategiyasının ardıcıl
surətdə həyata
keçirilməsi ölkəmizin
davamlı dinamik inkişafını şərtləndirmişdir.
Nazir bildirmişdir ki, Azərbaycanın milli iqtisadi inkişaf modelinin reallaşdırılması
tələblərinə adekvat
olaraq, ölkənin vergi sistemi də
bu prosesin tərkib hissəsi kimi təkmilləşdirilmişdir.
Vergilər Nazirliyi yarandığı
dövrdən sonra aparılan islahatların nəticəsində ölkədə
təkmil vergi sistemi formalaşmış,
vergi qanunvericiliyi təkmilləşdirilmiş, vergi
inzibatçılığı yenidən qurulmuş, vergi ödəyicilərinə
xidmətin keyfiyyəti
artırılmış, vergi
xidmətində müasir
informasiya texnologiyalarına
əsaslanan idarəetmə
sistemləri yaradılmışdır.
Vergilər naziri qeyd etmişdir ki, Prezident İlham
Əliyev tərəfindən
12 sentyabr 2005-ci il tarixində təsdiq edilmiş "Vergi inzibatçılığının
təkmilləşdirilməsi Dövlət Proqramı"
2005-2007-ci illər ərzində
uğurla həyata keçirilmiş, onun reallaşdırılması nəticəsində
güclü nəzarəti
həyata keçirməyə
imkan verən vergi inzibatçılığının
formalaşdırılmasına nail olunmuşdur. F.Məmmədov qeyd etmişdir
ki, yeni inzibatçılıq mexanizmlərinin
tətbiqi vergi ödəyiciləri üçün
dünya təcrübəsində
tətbiq olunan müasir xidmətləri təqdim etmək imkanları yaratmış,
ölkədə "elektron-bəyannamə"
sisteminin tətbiqinə
başlanılmışdır. Bu prosesə 100 mindən
artıq ödəyicinin
qoşulduğu, 2008-ci ilin
850 mindən artıq bəyannamənin elektron formatda təqdim edildiyi vurğulanmışdır.
Bununla yanaşı, son iki ildə vergi ödəyicilərinə xidmət
üçün kompüter
terminallarının qurulmasına
başlanmış, 15 belə
terminal artıq vergi ödəyicilərinin istifadəsinə
verilmişdir. 2008-ci il
ərzində bu terminallara 20 minədək
vergi ödəyicisi müraciət etmişdir.
Vergilər naziri
2008-ci il yanvarın
1-dən etibarən sahibkarlıq
fəaliyyəti subyektlərinin
"bir pəncərə"
prinsipi üzrə qeydiyyatının aparılması
prosesinə də toxunmuş, keçən il 44000-dən artıq sahibkarlıq subyektinin, o cümlədən 6471 kommersiya
hüquqi şəxsin
vergi orqanlarında dövlət qeydiyyatına
alındığını qeyd etmişdir. Qeydə alınan kommersiya hüquqi şəxslərin
sayı 2007-ci ilin müvafiq dövrünə
nisbətən 30 faiz artmışdır.
Kollegiya iclasında
çıxış edən
digər natiqlər də ötən 9 il ərzində
vergi xidmətinin keçdiyi inkişaf yollarından danışaraq
bildirmişlər ki, vergi xidməti əməkdaşları dövlət
tərəfindən onlara
olan qayğını
və diqqəti daim hiss edirlər.
Sonra peşə
bayramı münasibətilə bir sıra vergi xidməti əməkdaşlarına
nazirliyin fəxri fərmanları və qiymətli hədiyyələri
təqdim edilmişdir.
Kollegiya
iclasında tədbir iştirakçıları adından Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə müraciət
qəbul olunmuşdur.
Azərbaycan.-2009.-12 fevral.-S.4.