Azərbaycanın qanunvericilik bazasının təkmilləşməsi sistemli hal alıb

 

Fevralın 11-də Milli Məclisdə Avropa Şurasının, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi, Milli Məclisin, Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının təşkilatçılığı ilə "Qanunvericilik prosesində səmərəliliyin və şəffaflığın artırılması" mövzusunda konfrans keçirildi.

Konfransı açan Avropa Şurası Baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi xanım Veronika Kotek bildirdi ki, Azərbaycanın korrupsiyaya qarşı mübarizə üzrə strategiyasına dəstək layihəsi (AZPAC) çərçivəsində təşkil olunmuş tədbirin məqsədi bu sahədə qanunvericilik prosesinin səmərəliliyinin artırılması, Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi imkanlarını müzakirə etməkdir.

Sonra Milli Məclis Sədrinin birinci müavini, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü Ziyafət Əsgərov iştirakçıları salamlayaraq qeyd etdi ki, Azərbaycan dövləti parlamenti, eləcə ictimaiyyət korrupsiyaya qarşı mübarizədə şəffaflığın qanunvericiliyin səmərəliliyinin artırılmasında maraqlıdır. Milli Məclis "Korrupsiyaya qarşı mübarizə haqqında" 2004-cü ildə Qanun qəbul etmiş, 2006- ildə isə korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Dövlət Proqramı təsdiq olunmuşdur.

Bununla yanaşı, Azərbaycan BMT-nin, Avropa Şurasının digər nüfuzlu beynəlxalq təşkilatların korrupsiyaya qarşı mübarizə ilə əlaqədar konvensiyalarına qoşulmuş bu sənədləri təsdiq etmişdir. Biz düşünürük ki, cəmiyyətin demokratik inkişafında qanunların işlək mexanizminin mövcudluğu şəffaflıq olduqca vacibdir. Bunun üçün ilk növbədə hüquq mədəniyyəti vacibdir. Ona görə bu tədbirin hüquqi maarifləndirmə baxımından əhəmiyyətini başa düşürük bu cür tədbirlərin davamlı olması çox faydalıdır. Ziyafət Əsgərov onu da bildirdi ki, hüquqi maarifləndirmə, qanunlarımızın Avropa standartlarına uyğunlaşdırılması Azərbaycanın Avratlantik məkana inteqrasiyasında mühüm rol oynayır.

Avropa Şurasının əməkdaşlıq üzrə qurumunun rəhbəri, İnsan hüquqları hüquqi məsələlər üzrə direktoru xanım Marqaret Killebri bildirdi ki, Azərbaycanın öz qanunlarını Avropa standartlarına uyğunlaşdırması, mütəmadi olaraq bu cür tədbirlər keçirməsi onun Avropaya inteqrasiyasının göstəricisidir: "Azərbaycan Avropa Şurasının 47 üzvündən biridir. Üzv ölkələrin insan hüquq azadlıqlarının qorunması, korrupsiyaya, çirkli pulların yuyulmasına qarşı mübarizə ilə bağlı Avropa standartlarını qəbul etməsi olduqca zəruridir. Avropa Şurası öz növbəsində bununla bağlı yardımlarını edəcək, əməkdaşlığı daha da genişləndirəcəkdir".

Tədbirdə iştirak edən ABŞ-ın ölkəmizdəki səfiri Ənn Dersi Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizədə şəffaflığın artırılmasını olduqca yüksək qiymətləndirdi. O qeyd etdi ki, parlamentdə qəbul olunan qanunlar vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayır. ABŞ hökuməti onun ayrı-ayrı qurumları Avropa Şurası ilə birlikdə bu cür tədbirlərin təşkilinə, Azərbaycanda demokratiyanın, vətəndaş cəmiyyətinin inkişafına, korrupsiyaya qarşı mübarizəyə daim dəstək verəcəkdir.

Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü Əli Hüseynov parlamentdə korrupsiyaya, çirkli pulların yuyulmasına, terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə ilə əlaqədar qəbul olunmuş qanunlar, təsdiq olunmuş dövlət proqramları barədə ətraflı məlumat verdi. Bildirdi ki, ölkəmizdə bu istiqamətlərdə aparılan mübarizə tədbirləri beynəlxalq təşkilatlarda yüksək qiymətləndirilir. Azərbaycan bir sıra beynəlxalq təşkilatların, o cümlədən Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının (GOPAC) üzvüdür. 2002-ci ildə yaradılmış təşkilatın ötən il Küveytdə keçirilən 3-cü konfransında Cənubi Qafqaz üzrə şəbəkənin məhz Azərbaycanda yaradılması barədə qərar qəbul edilmişdir. Təşkilatın filialı qismində fəaliyyət göstərəcək şəbəkə korrupsiyaya qarşı mübarizə sahəsində parlamentlərin təcrübə mübadiləsi aparmasına, qanunvericilik sisteminin daha da təkmilləşdirilməsinə, dövlətin həyata keçirdiyi işlərə dəstək verəcəkdir.

Sonra mövzu ətrafında, o cümlədən Azərbaycanda qanunvericilik bazasının möhkəmlənməsi, şəffaflığın artırılması, beynəlxalq əməkdaşlıq məsələləri ətrafında çıxışlar oldu, fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan.-2009.-12 fevral.-S.4.