Memarlıq və İnşaat Universitetində
Fransa sərgisi açılmışdır
Azərbaycan Memarlıq və İnşaat Universitetində
"XX əsr fransız
memarlıq irsi" adlı sərginin açılış mərasimi
olmuşdur.
Mərasimi giriş sözü ilə açan universitetin rektoru Gülçöhrə Məmmədova son illər iki ölkənin ali məktəbləri arasında müəllim-tələbə mübadiləsinin, birgə layihələrin həyata keçirilməsinin səmərəliliyindən danışmış, qarşılıqlı əməkdaşlığın təhsilin keyfiyyətinə, ixtisaslı kadrların hazırlanmasına müsbət təsir etdiyini bildirmişdir.
Fransanın ölkəmizdəki səlahiyyətli səfiri Qabriel Keller Azərbaycan və Fransa universitetləri arasında əlaqələrin yüksələn xətlə inkişaf etməsindən məmnun qaldığını qeyd edərək 2005-ci ildə universitetin daxili imkanları hesabına memarlıq fakültəsi tələbələrinin Fransa universiteinə göndərilməsini, təmsil etdiyi ölkədə azərbaycanlı tələbələrin rəsm sərgisinin açılmasını və digər birgə layihələrin həyata keçirilməsini, ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsi və ixtisaslı kadrların hazırlanması istiqamətində atılan addımları müsbət qiymətləndirmişdir.
Səfir universitetin rektoru G.Məmmədovaya təhsil sahəsində göstərdiyi səmərəli xidmətlərinə görə Fransanın "Akademik palma" ordenini təqdim etmişdir.
Sonra mərasim iştirakçıları sərgidə nümayiş etdirilən əsərlərlə tanış olmuşlar.
A.Qocayeva
Azərbaycan.2009.-12 fevral.-S.5.