Qafa tasına qan möhrü vurulmuş cani

 

O, azərbaycanlıların əbədi düşməni olan ermənisevər Mixail Qorbaçovdur. Daim torpaq aclığı çəkən eqoist erməniləri Azərbaycanın üstünə qısqırdan, yüz minlərlə azərbaycanlının öz əzəli torpaqlarından - Qərbi Azərbaycandan qovulmasına fitva verən, özünün sərsəm "perestroykası" ilə Rusiyanı pis günə qoyan, qan tökülməsinə daxili ehtiyac duyan və buna görə də adı lənətlə çəkilən bu subyektin qafa tasındakı qan ləkəsi möhürü onun dünyaya səfalətlər törətmək üçün gəldiyinin əyani sübutudur. Qorbaçovun təhriki ilə Azərbaycana təpədən dırnağadək silahlanmış qoşun hissələrinin göndərilməsi 20 Yanvar hadisələrinin törədilməsi ilə nəticələndi. Əsasən ermənilərin kompakt yaşadığı Krasnodar bölgəsindən çağırılmış erməni əsilli əsgərlərin Bakıda törətdikləri vəhşiliklər heç vaxt yaddaşlardan silinməyəcəkdir. Azərbaycanlıların əzəli Qərbi Azərbaycan torpaqlarından qovulması və Ermənistanın monodövlətə çevrilməsi də məhz Qorbaçovun bəd əməllərinin nəticəsidir. Bu şeytan xislətli partiya funksioneri azərbaycanlılara qarşı düşmənçilik əməllərini asanlıqla reallaşdırmaq üçün ilk növbədə, Sov.İKP Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin istefaya çıxmasına nail oldu. Bu, rəhbərsiz və arxasız qalmış millətin başına oyunlar açmaq üçün yaxşı fürsət idi.

SSRİ Ali Soveti Rəyasət Heyətinin 1988-ci ilin avqust ayında keçirilmiş iclasında Qorbaçovun Ermənistanın Elmlər Akademiyasnın prezidenti akademik Ambarsumyanla dialoqu siyasi baxımdan çox diqqət çəkəndir. Qorbaçov soruşmuşdu: "Əsrin əvvəlində İrəvanda Azərbaycan əhalisinin sayı nə qədər idi?" Ambarsumyan sualı bir qədər çaşqınlıqla qarşıladığından, suala sualla cavab vermişdi: "Əsrin əvvəlində İrəvanda?" Qorbaçov: "Hə, İrəvanda" - demişdi. Ambarsumyan erməni bicliyi işlədərək demişdi: "Doğrusu, bilmirəm". Qorbaçov: "Siz bunu bilməliydiniz. Əgər bilmirsinizsə, mən xatırladaram" - deyə sözünü davam etdirmişdi. "Əsrin əvvəlində İrəvan əhalisinin 44 faizi azərbaycanlılar idi. Bəs indi nə qədər azərbaycanlı qalmışdır?" Ambarsumyan bu sualı belə cavablandırmışdı: "İndi çox azdır, yəqin ki, bir faiz ola-olmaya". Qorbaçov öz məkrini belə açıqlamışdı: "Mən erməniləri azərbaycanlıları oradan qovub çıxardıqlarına görə günahlandırmaq istəmirəm. Ona görə ki..."

Ona görə ki, Qorbaçov da "Ermənistan" adlandırılan ərazinin vaxtilə azərbaycanlılara məxsus olduğunu bilməmiş deyildi. Onu da bilirdi ki, indiki Ermənistan Qərbi Azərbaycan ərazisi olmuşdur və onu XIV əsrin sonundan XIX əsrin 20-ci illərinədək, yəni, Azərbaycan ərazilərinin Rusiya tərəfindən istilasınadək azərbaycanlı xanlar idarə etmişlər. Onların siyahısını oxuculara təqdim etməyi lazım bilirik: Əmir Sad (XIV əsrin sonu - 1410-cu il); Pirhüseyn (Əmir Sadın oğlu, 1410-cu ildən); Piryaqub (Pirhüseynin oğlu, 1420-ci il); Əbdül ( Pirhüseynin oğlu-1430-cu il); Uzun Həsən (1447-ci il); Cahan şahın hökmü ilə Yaqub bəy (1440-cı il); Həsənəli Qaraqoyunlu (1460-cı ildən); Div Sultan Rumlu (1515-ci ildən); Hüseyn xan Sultan (1550-ci ilədək); Şahqulu Sultan Ustacalı (1550-1575-ci illər); Qara Mustafa (1577-ci il); Mahmud xan Toxmaq (1576-1583); Fərhad paşa (1580); Məhəmməd Şərif paşa (1604-cü ilədək); Əmirqun Xan Qacar (Şah Abbas dövründə - 1605-1621); Təhməzqulu (1635); Murtuza paşa (1635-ci il); Kəlbəli xan (1636-1639); Məhəmməd xan Çaqatay Kötük (1639- 1648); Xosrov xan (1648-1652); Məhəmmədqulu xan (1652-1656-cı il); Nəcəfqulu xan (1656-1663-cü il); Abbasqulu xan (1663-1666-cı illər); Səfiqulu xan (1666- 1674-cü illər); Sarıxan bəy (1674-1675-ci illər); Səfiqulu xan (Təbrizli Rüstəm xanın oğlu - 1675-1679-cu illər); Zal xan (1679-1688-ci illər); Murtuzaqulu xan (Naxçıvanlı Məmmədrza xanın oğlu- 1688-1692-ci illər); Məhəmmədqulu xan(1691- 1694-cü illər); Zöhrab xan (1691-ci il); Fərzəli xan (1694-1700-cü illər); Zöhrab xan (1700-1705-ci illər) Əbdülməhəmməd xan (1705- 1709-cu illər); Mehralı xan ( 1709-1719-cu illər); Allahqulu xan (1719-1725-ci illər); Rəcəb paşa (1725-1728-ci illər) İbrahim paşa və Mustafa paşa (1728-1734-cü illər); Əli paşa (1734-cü il); Hacı Hüseyn paşa (1734-cü il); Məhəmmədqulu xan (1735-1736-cı illər); Pirməhəmməd xan (1736-cı il) ; Xəlil xan (1752-1755); Həsənəli xan Qacar( 1755-1762-ci illər); Hüseynəli xan( Həsənəli xanın qardaşı- 1762-1783-cü illər); Qulaməli xan (Hüseynəli xanın oğlu - 1783-1784-cü illər); Məhəmməd xan( Qulaməli xanın qardaşı - 1784-1805-ci illər); Mehdiqulu xan (1805-1806-cı illər); Marağalı Məhəmməd xan (1806-1807-ci illər); Hüseyn xan Qacar qardaşı Həsən xan ilə birlikdə (1807-1827-ci illər). Xatırladaq ki, İrəvanın azərbaycanlı xanlarının adları Ermənistan Sovet Ensiklopediyasının 3-cü cildindən iqtibas edilmişdir!

Məlum olduğu kimi, erməni-rus münasibətlərinin özülü hələ çar Birinci Pyotrun dövründə qoyulmuşdu. Bu münasibətlərin əsasını Rusiyanın Şərqin müsəlman ölkələrinə, xüsusilə, Osmanlı Türkiyəsinə qarşı düşmənçilik siyasəti təşkil edirdi. Ona görə də Birinci Pyotr 1724-cü ilin oktyabr ayında ermənilər barədə fərman imzalamışdı. Həmin fərmanda ermənilərə Rusiyanın istila etdiyi ərazilərdə münbit torpaq ayırmaq, başqa yerlərdən köçürülmüş hayların, yəni, ermənilərin məskunlaşması üçün hər cür şərait yaratmaq göstərişi verilmişdi.

1826-1828-ci illərdə Rusiya-İran müharibəsi zamanı İrəvan xanlığı istila olunduqdan sonra (1 oktyabr 1827-ci ildə) erməni katalikosu Aştaraklı Nerses ermənilərin zəbt olunmuş qədim Azərbaycan toraqlarına mərhələlərlə köçürülməsi planını hazırlamışdı. Həmin planın ərsəyə gətirilməsində və həyata keçirilməsində Rusiyanın İrandakı səfiri şair A.S.Qriboyedov yaxından iştirak etmişdi. Keşiş Nerses 1827-ci ilin noyabr ayında Lazarev (Lazaryan) adlı bir imkanlı məmuru (Lazarevlər dvoryan ailəsi idi və 1727-ci ildə İrandan Rusiyaya köçmüşdü) Peterburqdan Təbrizə çağırıb onun erməniləri Azərbaycan torpaqlarında məskunlaşdırılmasına yardım göstərməsini xahiş etmişdi. Keşiş Nerses sülh müqaviləsi bağlanan zaman İranın kəndlərində və şəhərlərində yaşayan ermənilərin böyük Rusiya imperiyasının himayəçiliyi ilə öz vətənləri (?) Ermənistana (yəni, Qərbi Azərbaycana) qaytarılması barədə maddə salınmasını istəmiş və A.S.Qriboyedov da erməni katalikosunun bu xahişinə əməl etməyi unutmamışdı. Türkmənçay müqaviləsinin 15-ci maddəsi bütünlüklə ermənilərin xeyrinə yazılmışdı. Ermənilərin İrandan bizim yerlərə köçürülmələri üçün çox münbit şərait yaradılmışdı. Əvvəlcə 40-50 min ,1828-1829-cu illərdə Rusiya-Türkiyə müharibəsi dövründə və ondan sonra Türkiyədən də 90 min erməni Cənubi Qafqaza, xüsusilə də, Şimali Azərbaycana köçürülmüşdü. İrandan, Türkiyədən və Şərq ölkələrindən ermənilərin köçürülməsi prosesi sonrakı vaxtlarda da davam etdirilmişdi. Rus publisisti və məmuru N.Şavrov hələ 1911-ci ildə yazmışdı ki, "...hazırda cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu yerli deyil, kənardan gəlmədir. Onlara 200 min desyatin dövlət torpağı paylanmışdı. Ermənilər Yelizavetpol quberniyasının dağlıq ərazilərində və Göyçə gölünün sahillərində məskunlaşdırılmışdılar. Onu da deyək ki, Pyotrun bu siyasətini ondan sonrakı xələfləri yüz illər ərzində dəstəkləməkdə davam etmişlər. Onların arasında Qorbaçovun da adı çəkilməlidir. O, ermənilərin Cənubi Qafqaz bölgəsinə İrandan və Türkiyədən köçürüldüyünü yaxşı bilsə də, azərbaycanlılara və bütün türk aləminə nifrət hissi bəsləməsi səbəbindən ədalət naminə nəsə yaxşı bir hərəkət etməsi mümkünsüz idi. Çünki əsil-nəcabətsiz bu subyektin əti-qanı ədalətsizlik hüceyrələrindən yapılmışdı.

Qorbaçov tutduğu kürsünü itirmək xofu yaşadığından özündən güclü dövlət xadimlərindən canını qurtarmaq istəyir, ona görə də ətrafına Stavropoldan gətirdiyi özükimilərindən zəif fon yaratmağa çalışırdı. O, yaxşı bilirdi ki, Siyasi Büro üzvlərinin demək olar ki, hamısı baş katib postuna Heydər Əliyevin layiq olması fikrindədir. Ancaq buna onun slavyan mənşəli olmaması imkan vermir. Başı anadangəlmə qan ləkəli Qorbaçov ulu öndər Heydər Əliyevin Sİyasi Bürodan uzaqlaşdırılması üçün tədbirlər tökməyə başlamışdı. Siyasi Büro üzvlərinin iclasını keçirmədən və onların fikrini öyrənmədən özbaşına hərəkətlər edirdi. Bütün bunların nəticəsində ulu öndərimiz Siyasi Bürodan və tutduğu vəzifədən - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verməli olmuşdu. Beləliklə də, hələ Stavropol diyarı Kommunist Partiyasının birinci katibi olan vaxtdan erməni lobbisinin qulluğunda duran bu subyektin Azərbaycana və azərbaycanlılara qəsd etmək imkanları genişlənmişdi. Azərbaycanda əsasən Krasnodar erməni quldurlarından təşkil olunmuş rus qoşun hissələrinin Bakıda törətdiyi 20 Yanvar cinayətləri barbarlara xas olan cinayət əməlləri idi. Ermənilər açıq-aydın baş qaldırdılar və Azərbaycana qarşı torpaq iddialarını getdikcə genişləndirdilər. Bunun sonrasının nə ilə nəticələndiyini bütün dünya bilir: öz vətəninin bölünməzliyi naminə ayağa qalxmış azərbaycanlılara, əsasən Krasnodardan orduya çağırılmış erməni quldurlarının Bakıda və Azərbaycanın digər bölgələrində 20 Yanvarda tutduğu divan yaddaşlarda silinməz izlər buraxmışdır. Lakin dünya ictimaiyyəti işğalçıların vəhşiliklərinə obyektiv qiymət vermir. Əgər ulu öndərimiz hakimiyyətdə qalsaydı, bu olaylar baş verməyəcəkdi. Atasız və arxasız qalmış millətimizi hətta dünya ictimaiyyəti də müdafiəyə qalxmırdı. Ən böyük ədalətsizlik hücümlara məruz qalmış azərbaycanlılar ilə erməni qəsbkarlar arasında heç bir fərq qoyulmamasında idi.

Hətta bəzi millət nümayəndələrimiz də sovet xofu qarşısında qorxaqlıq göstərirdilər və erməni təbliğatının yalanlarına uyurdular. Bildiyimiz kimi, ermənilərin azərbaycanlılara qarşa ərazi iddialarının başlanğıcını qoyan akademik Aqanbekyan idi. O, erməni lobbisinin mərkəzi sayılan Parisdə çıxışı zamanı Qarabağın ermənilərə verilməsinin (Ermənistana birləşdirilməsinin) vacibliyini xüsusi vurğulamışdı. Azərbaycanda bundan xəbər tutandan sonra akademikə qarşı nifrət dalğası ucalmışdı.

Ermənilərin Qarabağ torpaqlarını özününküləşdirmək iddiaları ilə çıxışları dövrünün başlanğıcında Ermənistandan hərbi sursatla yüklənmiş vertolyotların Xankəndinə uçuşları adi hal almışdı. Günlərin birində yüksək vəzifəli bir dövlət məmurundan soruşdum ki, nə üçün həmin vertolyotların vurulub salınmasına təşəbbüs göstərmirsiniz? O, mənə sadəlövh adam olduğumu qandırmaq üçün belə dedi: "Əşşi, nə danışırsan, erməni vertolyotlarını vursaq, dünya ictimaiyyəti bizi cinayətkarlıqda suçlayar. Yox-yox, bu, mümkün olan şey deyil". Dünya ictimaiyyəti isə erməni vəhşiliklərini suçlamadı, beləliklə də, ərazimizin 20 faizi zəbt olundu, yerli əhaliyə olmazın divan tutuldu. Hətta dünya ictimaiyyəti erməni faşistlərinin rus alaylarının köməyi ilə törətdiyi Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən pislənmədi. "Böyük Ermənistan" istəyinin reallaşmasının əsas ideoloqlarından biri olan Zori Balayan adlı caninin Xocalı soyqırımında bilavasitə iştirakını sübuta yetirən faktlar var. 1935-ci ildə Xankəndidə doğulmuş bu monqolsifət erməni azərbaycanlılara nifrət hissi ilə yazıb 1996-cı ildə nəşr etdirdiyi "Ruhumuzun canlanması" kitabında Xocalı faciəsinə haqq qazandırır, Xocalı şəhərində azərbaycanlılara qarşı törədilmiş soyqırımında iştirakını qürur hissi ilə boynuna alır.

Həmin kitabda yazılmışdır: "Biz Xaçaturla birlikdə bir azərbaycanlı evinə girəndə gördük ki, bizim əsgərlər 13 yaşlı türkü qollarından pəncərə çərçivəsinə mismarlamışlar. Həmin yeniyetmənin qışqırığının eşidilməməsi üçün Xaçatur onun anasının kəsilmiş döşünü uşağın ağzına dürtdü.

Mən də həmin uşağın qarnının, başının və köksünün dərisini soydum. Sonra da saata baxmağa başladım. Yeniyetmə 7 dəqiqədən sonra çoxlu qan itirməsi səbəbindən öldü. Mən həkim olduğum üçün bu hərəkətimə görə bir o qədər də sevinmədim. Məni sevindirən o oldu ki, mən xalqımın qisasını ala bildim. Sonra Xaçatur uşağın cəsədini parçalayıb azərbaycanlılarla bir kökdən hesab etdiyi itlərə atdı. Axşam çağı daha üç türk (azərbaycanlı) yeniyetməsini bu yol ilə qətlə yetirdik. Mən bununla da erməniləri sevən bir adam kimi öz borcumu yerinə yetirdim. Xaçaturun və erməni əsgərlərin gözlərində qisas qığılcımları parladığını gördüm. Sonra mənim uşaqlıq dostum mayor Suren dedi: "Biz yırtıcı deyilik, ona görə də ürəyimizi soyuq saxlamalıyıq. Türk cəlladlarının qətlə yetirdikləri ermənilərin ruhları bizim bu qisas əməllərimizdən sakitləşməlidir.

Səhərisi gün kilsəyə gedib ruhumuzu və 1915-ci ildə həlak olanların ruhlarını dünən gördüyümüz natəmizlikdən təmizləmək üçün dualar etdik. Hər halda, Xocalını vətənimizin bir hissəsini zəbt etmiş 30 min azərbaycanlıdan təmizləyə bildik". Biz Surenin qonağı olanda Xaçatur yorğun səslə dedi: "Ermənilər doğma torpaqlarını azad edərək Ermənistan əzəmətini özünə qaytarmalıdır".

Qarabağda vuruşmağa gəlmiş Livan ermənisi Davud Xeyriyanın Xocalı qırğınından bəhs edən "Xaç naminə" kitabındakı (Beyrut-2000) bəzi yazılanlarla tanış olaq. "Bir şaxtalı qış günündə erməni işğalında olan ərazidəki Daşbulaq yaxınlığından bir kilometrlik bataqlığı keçmək üçün meyitlərdən körpü salmalı olduq. Mənim ölülərin üstündən keçib getmək istəmədiyimi görən polkovnik Ohanyan mənə işarə etdi ki, qorxmaq lazım deyil. Guya ki, bu, müharibə qanunlarından biridir. Mən qana bulaşmış 9-11 yaşlı qız uşağının meyitinin və başqa meyitlərin üstündən keçib getdim. Çəkmələrim, şalvarım qana bulaşmışdı" Xeyriyan daha sonra yazır: "Martın 2-də ermənilərin meyitləri yığıb yandırmaq tapşırıqlarını yerinə yetirən Qaflan qrupu Xocalının qərbindən bir kilometr aralıda cəsəd qalaqlarına od vurub yandırırdılar. Cəsədləri daşıyan avtomobillərdən birinin banında təqribən 10 yaşlı bir qız uşağı gördüm. O, boynundan və qollarından yara almışdı. Əyilib diqqətlə baxanda gördüm ki, qız ağır-ağır nəfəs alır. Güclü şaxtaya, aclığa baxmayaraq o, hələ sağ idi. Mən ölümlə mübarizə aparan bu körpə qızın gözlərinin ifadəsini heç bir vaxt unutmayacağam. Bİr qədər sonra Tiqran adlı bir əsgər qızın saçından tutub onu alovlanmaqda olan meyit tonqalına atdı. Ölməyən adamlar insanları köməyə çağırırdılar. Ətrafda ancaq vəhşiləşmiş ermənilər dayanmışdı və törətdikləri cinayət əməlindən qürur hissləri keçirirdilər. Onlar öz işlərini "xaç naminə" görürdülər".

366-cı motoatıcı polkun komandiri polkovnik Y.Zarviqarov və digər məsul şəxslər ordu dairə komandanlığının icazəsinə əsasən ermənilərin quldur dəstələrinin dinc azərbaycanlılara divan tutmalarına yardımçı olmuşdular. Onlar azərbaycanlıları meydana yığıb güllələyirdilər. Hətta köməksiz uşaqlara da aman vermirdilər. Erməni separatçılara silah-sursat verilməsində general-polkovnik Qromovun (hazırda Moskva vilayətinin qubernatorudur), general-leytenant Qrekov, general-leytenant Oqanyan, polkovnik Zarviqarov, polkovnik Kraule xüsusi canfəşanlıq göstərmişdilər. Dördüncü ordu 23-cü motoatıcı diviziyanın döyüşçülərinə qanlı Xocalı əməliyyatının keçirilməsində hər cür şərait yaratmışdılar. Azərbaycanlılara qarşı törədilən ağılasığmaz vəhşilikləri Fransadan gəlmiş operatorlar - Jül Barelyan, Şerik Sitaryan güllələnmiş xocalılıların cəsədlərini 02-19 MM nömrə nişanlı Kamaz avtomaşınında gətirib qaladıqları böyük tonqalda yandırma səhnələrini soyuqqaqlıqla lentə alırdılar. Ona görə ki, azərbaycanlılara ölçüyəgəlməz dərəcədə kin-küdurət hissi ermənilərin qanında-canındadır.

Ermənilərlə birləşib əsir azərbaycanlıları böyük məmnunluqla qətlə yetirənlər arasında polk komandirinin müavini polkovnik Baylukov, birinci batalyonun komandiri polkovnik İ.Moiseyev, ikinci batalyonun komandiri mayor S.Ohanyan, üçüncü batalyonun komandiri mayor Nabokix, birinci batalyonun qərargah rəisi mayor V.Çigiçyan, polkun kəşfiyyat rəisi mayor V.Ayriyan, rota komandiri baş leytenant O.Mirzoxalzarov, kəşfiyyat vzvodunun rəisi baş leytenant S.Xrinxua, tank rotasının komandiri baş leytenant V.Qarmaş, rota komandiri baş leytenant N.Akopyan, rota komandiri baş leytenant V.Vavilovski, vzvod komandiri baş leytenant A. Lısenko, batareya komandiri baş leytenant V.Azarov, tank əleyhinə batareyanın komandiri baş leytenant İ.Abramov, üçüncu tank rotasının komandiri leytenant O.Balezniy, tank vzvodunun komandiri leytenant A.Smakin, istehkamçılar rotasının komandiri leytenant S.Raçkovski, kəşfiyyat rəisinin müavini leytenant L.Bondaryov, radio-kimyəvi vzvodun rəisi leytenant A.Kulov, habelə kiçik zabit heyətindən 41 erməni hərbi qulluqçu da var idi.

Azərbaycanlılara qarşı bu kütləvi qırğında Sxinvalidə və Telavidəki hərbi bazalardan qalxan sovet vertolyotlarının da iştirakına dair dəqiq faktlar var. 1992-ci ilin 12 və 16 fevralında Rusiya prezidenti Boris Yeltsin 7-ci ordunun baş komandanı general-mayor Reuta tapşırmışdı ki, Telavidə uçuş kursunu bitirmiş erməni pilotlara Mİ-24R markalı yeni vertolyotlar versin. Erməni pilotların 19 fevralda aldıqları vertolyotlardan ibarət eskadrilya 22 fevralda 366-cı motoatıcı polkun tərkibinə qatılmışdı. Xocalını bombalayan vertolyotların və onların şəxsi heyətlərinin siyahısı aşağıda verilir: 39¹-li vertolyot və pilotu Livan ermənisi Romb Qalakçiyan; 40¹-li vertolyot və pilotu suriyalı erməni Razdan Minoyan; 29¹-li vertolyot və pilotu HAMAS təşkilatının üzvü Livan vətəndaşı Zahid əl- Məhəmməd; 17¹-li vertolyot və pilotu İrəvandan olan hərbi qulluqçu Ararat Saracyan; 45¹-li vertolyot və pilotu İrəvan milisinin əməkdaşı Suren Pirimyan.

Həmin vertolyotlar fevral ayının 26-da saat 16-dan 24-dək Xocalını bombalamaq üçün 89 ədəd raket buraxmışdılar. Fevralın 26-da Zahid əl-Məhəmməd və Suren Pirimyan döyüşdə fəallıq göstərdiklərinə görə "Qızıl Xaç" ordeni ilə təltif olunmuşdular.

General-leytenant Yuri Qrekovun verdiyi məlumatda deyilirdi ki, "Xocalı ərazisini azərbaycanlı yaraqlılarından təmizləmək üçün "Qrad" və "Uraqan" tipli artilleriya qurğularından istifadə olunmuşdur.

Fransa jurnalisti Jan-İv-Yunet gördüklərindən dəhşətə gəlib yazmışdı: "Biz Xocalı faciəsinin şahidləriyik. Qətlə yetirilmiş yüzlərlə dinc əhalinin - qadınların, uşaqların, qocaların və Xocalını müdafiəyə qalxanların cəsədlərinin səpələndiyi yerləri görmüşük. Mən müharibə və alman faşistlərinin vəhşilikləri barədə çox eşitmişəm, bütün bunlar ermənilərin törətdiyi vəhşiliklərlə müqayisədə heç nədir. Onlar 5-6 yaşlı uşaqları da güllələyir və tonqalda yandırırdılar".

"İzvestiya" qəzetinin müxbiri Belıx gördüklərini belə qələmə almışdı: "Ermənilər öldürdükləri adamların gözlərini çıxarmış, qulaqlarını kəsmiş, baş dərilərini soymuşdular. Bəzi meyitlərin boyunlarını da vurmuşdular. Bir neçə meyiti toplayaraq bronetransportyorun dalınca sürükləyirdilər".

"Sandi Tayms"da dərc olunan məqalədə yazılmışdı ki, "...ermənilər şəhərdən baş götürüb qaçan ailələrə də aman vermir, onları avtomatlardan və pulemyotlardan açılan atəşlə kütləvi şəkildə qırırdılar".

Parisdə çıxan "Valer aktyuel" jurnalının 14 mart 1992-ci il tarixli nömrəsində yazılmışdı: "Bu muxtar regionda erməni hərbi birləşmələrinin və onlara Yaxın Şərq ölkələrindən köməyə gəlmiş erməni hərbçilərinin müasir hərbi texnikası, o cümlədən "ASALA" vertolyotları, Suriya və Livanda hərbi düşərgələri, silah anbarları var idi. Ermənilər Qarabağın yüzdən artıq müsəlman kəndində dinc azərbaycanlı əhalini amansızlıqla qırırdılar".

"Faynenşl tayms" qəzeti 14 may 1992-ci ildə yazmışdı: "General Pyankovun dediyinə görə, 366-cı batalyonun 103 erməni hərbi qulluqçusu vuruşmaq üçün Dağlıq Qarabağda qalmışdır".

"Moskovski komsomolets" belə bir xəbər yaymışdı: "Xocalıda ancaq ölülər qalmışdır". Həmin qəzetin müxbiri V.İvleva yazmışdı: "Hücum başlayanda mən hərbi dəstənin ikinci eşelonunda irəliləyirdim. Xocalıya yaxınlaşanda buluda oxşar nəyinsə bizə tərəf gəldiyini gördüm. Bu, yarıçılpaq, çılğın adamlardan ibarət izdiham idi. Ən arxada qarın üstü ilə güclə yeriyən ayaqyalın bir qadın, üç uşağını arxasınca bir təhər sürükləyirdi. Ən kiçik uşaq ikigünlük idi. Bu adamlar canlarını qurtarmaq üçün dağlara və meşələrə çəkilmək istəyirdilər. Amma yolda erməni silahlıları onları amansızlıqla güllələyirdilər. Erməni quldurlardan yaxa qurtaranlar isə soyuqdan və şaxtadan qırılırdılar".

Qarabağın ən qədim məskənlərindən biri olan Xocalıda törədilən erməni cinayətkarlığı dünya tarixində vəhşilik baxımından analoqu çox az olan ən dəhşətli genosid idi. Xocalı faciəsi XX əsrdə xüsusi qəddarlıqla törədilmiş Xatın, Xirosima fəlakətləri ilə bir sırada durur. Xocalıda erməni vəhşilikləri nəticəsində şəhərin 7 min əhalisindən 613 nəfəri amansızlıqla qətlə yetirilmiş, 487 nəfəri şikəst edilmişdir. Əsir alınmış 1275 nəfər qoca, uşaq və qadınlar ağıla sığmayan fəlakətlərə düçar edilmiş, təhqirlərə məruz qoyulmuşdu. Bu genosid zamanı öldürülmüş 613 nəfərin 106-sı qadın, 63-ü uşaq və ahıllar idi. Xocalı fəlakəti nəticəsində 8 ailə bütünlüklə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdi. 56 nəfər diri-diri yandırılmış, qalanlarının üzlərinin dərisi soyulmuş, başları kəsilmiş, körpələrin gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə yarılmışdı. Ermənilər hətta ölüləri də təhqir etməkdən çəkinmirdilər.

Azərbaycan dövləti və xalqı erməni qaniçənlərinin törətdiyi bu müsibətləri heç vaxt unutmayacaq.

Ümummilli lider Heydər Əliyev bu barədə xüsusi fərman imzalamışdı. Milli Məclisin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan edilmişdi. Bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.

İndiananın ABŞ Konqresindəki nümayəndəsi, beynəlxalq münasibətlər üzrə komitənin üzvü konqressmen Den Barton nümayəndələr palatasında çıxış edərək Konqresi Xocalı faciəsini rəsmi olaraq genosid kimi tanımağa çağırmışdır.

Bu konqresmen "Hyuman Rayts Votç", "Memorial", "Nyu-York tayms" və digər nüfuzlu mənbələrə istinad edərək bildirmişdir ki, Xocalıda vəhşicəsinə etnik təmizləmə aparılmış, günahsız qadınlara, uşaqlara və qocalara qarşı ağla gəlməyən vəhşiliklər törədilmişdir. Ermənilər öz qarşılarına Azərbaycan ərazisində zəbt edilmiş hər bir kəndi dağıtmaq məqsədi qoymuşdular. "Bu, barbarlıqdır" - demişdir konqressmen Den Barton. O, eyni zamanda, həmkarlarının diqqətini belə bir fakta çəkmişdir ki, Azərbaycandakı xristian, yəhudi və müsəlman icmaları rəhbərləri hər il Xocalı soyqırımı ərəfəsində beynəlxalq ictimaiyyəti 26 fevral 1992-ci ildə ermənilər tərəfindən törədilmiş vəhşilikləri pisləməyə, işğal olunmuş Azərbaycan toraqlarının azad edilməsinə , məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qaytarılmasına səylərini əsirgəməməyə çağırır, Ermənistanın cinayətlər törədilməsinə rəvac verən bir dövlət kimi məsuliyyətə cəlb olunmasını tələb edirlər. Lakin Mixail Qorbaçovun bilavasitə göstərişi ilə 1990-cı ilin "qara" yanvarında tutulmuş divanın və siyasət səhnəsindən gedəndən sonra onun sirdaşlarının davam etdirdiyi genosid yolunun nəticəsi olaraq 1992-ci ildə Xocalıda həyata keçirilmiş qırğınların iştirakçıları barədə heç bir cəza tədbirinin görülməməsi millətimizə qarşı aparılmış ədalətsizlik əməllərinin bariz nümunəsidir. Dünya ictimaiyyəti isə hələ də susmaqdadır. Əsrlərin sınaqlarındın həmişə ağ üzlə çıxmış vətənsevər xalqımız calayivətən ermənilərin Azərbaycan torpaqlarından bir hissə qoparmaq arzusunu ürəyində qoymağa qadir xalqdır!

 

 

Arif Hüseynov

 

Azərbaycan.-2009.-12 fevral.-S.6.