Rail Qurban oğlu Rzayev

 

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə ağır itki üz vermişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı - Azərbaycan Respublikası müdafiə nazirinin müavini, general-leytenant Rail Qurban oğlu Rzayev 2009-cu il fevral ayının 11-də ömrünün 64-cü ilində faciəli surətdə həlak olmuşdur.

Rail Rzayev 1945-ci il mart ayının 10-da Bakı şəhərində anadan olmuşdur. O, 1962-ci ildə Sumqayıt şəhərindəki 6 nömrəli orta məktəbi bitirdikdən sonra SSRİ Hava Hücumundan Müdafiə Qoşunlarının Orconikidze radiotexnika məktəbində təhsil almağa başlamışdır. Rail Rzayev 1966-cı ildə həmin məktəbi bitirərək, həqiqi hərbi xidmətini davam etdirmək üçün Hava Hücumundan Müdafiə Qoşunlarının Bakı Hərbi Dairəsinə göndərilmişdir. O, burada baş texnik, daha sonralar isə hərbi hissədə batareya komandirinin müavini divizion komandirinin silahlanma üzrə müavini vəzifələrində xidmət etmişdir.

1975-ci ildə Rail Rzayev keçmiş SSRİ-nin marşal Georgi Jukov adına Hava Hücumundan Müdafiə Hərbi Akademiyasına daxil olmuşdur. Akademiyanı bitirdikdən sonra "N" hərbi hissəsində divizion komandiri vəzifəsində xidmət göstərməyə başlamışdır. O, 1980-1992-ci illərdə müxtəlif hərbi hissələrdə hərbi hissə komandirinin müavini, hərbi hissə komandiri vəzifələrini tutmuşdur. Keçmiş sovet silahlı qüvvələrində ştatların ixtisarına görə o, ordu sıralarından ehtiyata buraxılmışdır.

1992-ci ildən etibarən Rail Rzayev Azərbaycan Respublikasının Silahlı Qüvvələrində fəaliyyət göstərməyə başlamışdır. O, Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı - idarə rəisi vəzifəsinə təyin olunmuşdur. Rail Rzayev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 1993-cü ildə Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı vəzifəsinə təyin edilmiş ömrünün sonunadək bu vəzifədə xidmət etmişdir.

Rail Rzayev 1994-cü ildə general-mayor, 2002-ci ildə isə general-leytenant hərbi rütbələrini almışdır. Tutduğu vəzifələrdən asılı olmayaraq, Rail Rzayev özünü daim səriştəli bacarıqlı hərbçi, yüksək peşəkarlığa təşkilatçılıq qabiliyyətinə malik təcrübəli komandir kimi tanıtmışdır. Müstəqil Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının yaradılması formalaşdırılmasında onun böyük əməyi olmuşdur.

Rail Rzayevin Vətən qarşısında xidmətləri yüksək qiymətləndirilmişdir. O, bir sıra orden medallara layiq görülmüş, o cümlədən Azərbaycanın müstəqilliyinin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

General-leytenant Rail Qurban oğlu Rzayevin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

İlham Əliyev, Artur Rasizadə,

Oqtay Əsədov, Ramiz Mehdiyev,

Hacıbala Abutalıbov, Səfər Əbiyev,

Ramil Usubov, Eldar Mahmudov,

Kəmaləddin Heydərov, Elçin Quliyev,

Əliağa Hüseynov, Nəcməddin Sadıkov,

Vahid Əliyev, Çingiz Məmmədov,

Şahin Sultanov, Yaqubəli Qulamov,

Dünyamalı Mürşüdov, Aqil Hüseynov

 

 

Azərbaycan.-2009.-12 fevral.-S.4.