Azərbaycan Prezidenti İlham Əliyev Bakı-Quba-Rusiya dövlət sərhədi
avtomobil yolunun 16-cı kilometrində yolötürücünün açılışında
iştirak etmişdir
Azərbaycan Prezidenti İlham Əliyev açılış
mərasimində iştirak
etmişdir.
Dövlətimizin başçısı əvvəlcə
yolötürücünün tikintisini əks etdirən fotoşəkillərə
və sxemə baxdı.
Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi
ki, yoİötürücünün
tikintisinə nazirliyin
sifarişi ilə
"Akkord" şirkətlər
qrupu ötən ilin iyulunda başlamışdı.
Tikintidə ən son texnologiya
tətbiq edilmiş, daha çox yerli xammala üstünlük
verilmişdir.
Yolötürücü Xırdalan şəhərindən
Sumqayıt və Bakı istiqamətinə gedən avtomobillərin əsas magistralla müxtəlif səviyyəli
kəsişməsini təmin
edir. Üçaşırımlı yolötürücünün hündürlüyü 5 metr,
eni 18 metr, yanaşma yollarla birlikdə uzunluğu 1500 metrdir. 6 hərəkət
zolaqlı yolötürücünün
aşırım hissəsi
yığma dəmir-beton
tirlərdən ibarətdir.
Bu tirlər "Akkord"un Zığ beton məmulatları zavodunda istehsal olunmuşdur.
Yolötürücünün kənarında paslanmayan materialdan məhəccərlər
qoyulmuşdur. Bu, hərəkətin
təhlükəsizliyini təmin
etməklə yanaşı,
yola əlavə yarışıq verir.
Ərazidə abadlıq işləri
aparılmış, yaşıllıq
salınmış, çoxlu
ağac və gül kolları əkilmişdir.
Prezident İlham Əliyev yolötürücünün açılışını
bildirən rəmzi lenti kəsdi, inşaatçıları təbrik
etdi, onların işini yüksək qiymətləndirdi.
AzərTAc
Azərbaycan.-2009.-13 fevral.-S.1.