“Avtomobil nəqliyyatı haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası
Prezidentinin bəzi fərmanlarına dəyişikliklər
və əlavə edilməsi barədə Azərbaycan Respublikası
Prezidentinin fərmanı
“Avtomobil nəqliyyatı
haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin
etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1999-cu il, ¹ 6, maddə 345, ¹ 9, maddə 542; 2001-ci il, ¹ 7,
maddə 456, ¹ 9, maddə 593; 2002-ci il, ¹ 7, maddə 412, ¹ 8, maddə
480; 2003-cü il, ¹ 6, maddə 290, ¹ 10, maddə 585; 2004-cü
il, ¹ 1, maddə 19, ¹ 7, maddə 537; 2005-ci il, ¹ 2, maddə 69, ¹
7, maddə 597; 2006-cı il, ¹ 2, maddə 84, ¹ 9, maddələr
734, 743, ¹ 11, maddə 940, ¹ 12, maddə 1049; 2007-ci il, ¹ 2, maddə
97, ¹ 8, maddə 769, ¹ 11, maddə 1105; 2008-ci il, ¹ 5, maddə
373, ¹ 6, maddə 498, ¹ 8, maddələr 715 və 719) ilə təsdiq
edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin
31-ci maddəsinin 3-cü bəndindən “, yerli sərnişin
nəqliyyatı marşrutlarını və onların hərəkət
qrafiklərini təsdiq etmək, müqavilə əsasında
müvafiq ərazidə fəaliyyət göstərən digər
mülkiyyət formasında olan müəssisələri və
təşkilatları, vətəndaşları əhaliyə
nəqliyyat xidməti göstərilməsinə cəlb etmək”
sözləri çıxarılsın.
2. Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli
Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002-ci il, ¹ 9, maddə 555; 2003-cü il, ¹ 3, maddə 153,
¹ 10, maddə 570; 2005-ci il, ¹ 2, maddə 69, ¹ 4, maddələr
301, 307, ¹ 8, maddə 721, ¹ 10, maddə 919, ¹ 12, maddələr
1104, 1117; 2006-cı il, ¹ 7, maddə 591, ¹ 9, maddə 743, ¹ 11,
maddə 945, ¹ 12, maddə 1057; 2007-ci il, ¹ 6, maddə 618, ¹ 8,
maddələr 759, 765, ¹ 10, maddə 943, ¹ 11, maddələr
1098, 1106; 2008-ci il, ¹ 8, maddə 718, ¹ 9, maddə 799; Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 13 nömrəli
və 2 dekabr tarixli 30 nömrəli fərmanları) Əlavə
¹ 2 “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət
növlərinin siyahısı və həmin fəaliyyət
növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə
görə ödənilən dövlət rüsumunun məbləğləri”nin
35-ci bəndi aşağıdakı redaksiyada verilsin:
35.
Avtomobil nəqliyyatı ilə sərnişin
və yük daşınması:
Azərbaycan Respublikasının Nəqliyyat
Nazirliyi
35.1.
şəhərdaxili (rayondaxili) sərnişin
daşımaları
150
35.2.
şəhərlərarası
(rayonlararası) sərnişin daşımaları
150
35.3.
beynəlxalq sərnişin
daşımaları
150
35.4.
taksi minik avtomobilləri ilə sərnişin
daşımaları
150
35.5.
ölkədaxili yük
daşımaları
150
35.6.
beynəlxalq yük
daşımaları
200
3. Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2003-cü il, ¹ 6, maddə 286; 2006-cı il, ¹ 11, maddə
945; 2007-ci il, ¹ 6, maddə 601; 2008-ci il, ¹ 8, maddə 719; Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 13 və 14
nömrəli fərmanları) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin
9.41-ci bəndində “qərarlar qəbul edir” sözlərindən
sonra “,habelə hüquqmüəyyənedici sənədlər
verir” sözləri əlavə edilsin.
4. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.
İlham
Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti.
Bakı şəhəri,
9 fevral 2009-cu il.
Azərbaycan.-2009.-13 fevral.-S.3.