Bakıda akademik Arif Paşayevin 75 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir

 

 Fevralın 12- "Holiday İnn" mehmanxanasında Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin 75 illik yubileyinə həsr olunmuş "Elmi-texniki tərəqqi müasir aviasiya" mövzusunda üç günlük beynəlxalq konfrans başlanmışdır.

Konfransda Azərbaycan, Türkiyə, Almaniya, ABŞ, Gürcüstan, Rusiya, Ukrayna, Kanada, İsrail, Özbəkistan, Koreya Respublikası, Yaponiya digər ölkələrdən 200-dən çox alim iştirak edir.

Tədbirin açılışında akademik Arif Paşayevin qızı - Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva digər ailə üzvləri iştirak etmişlər.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Aviasiya Akademiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə giriş sözü ilə konfransın həmsədrləri - "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov AMEA-nın prezidenti Mahmud Kərimov çıxış etmişlər.

Cahangir Əsgərov demişdir ki, respublika Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, bır sıra beynəlxalq akademiyaların üzvü olan Arif Paşayev müasir Azərbaycan ziyalılarının ən görkəmli nümayəndələrindən biridir. O, həm çox böyük təşkilatçılıq istedadına malikdir bu keyfiyyəti Milli Aviasiya Akademiyasının inkişafında özünü xüsusilə büruzə vermişdir. On üç il əvvəl Milli Aviasiya Akademiyası çox aşağı səviyyədə idi, burada cəmi yeddi ixtisas üzrə kadrlar hazırlanırdı. Arif Paşayev Milli Aviasiya Akademiyasının rektoru olandan sonra, burada hər şey qısa bir müddətdə dəyişmişdir. İlk növbədə, tədrisin Azərbaycan dilində keçirilməsi təmin edilmiş, yeni ixtisaslar açılmışdır. İndi akademiyada iyirmi üç ixtisas üzrə kadrlar hazırlanır, beş fakültə iyirmi kafedra fəaliyyət göstərir. Akademiyanı bitirən milli kadrlar mülki aviasiyamızda uğurla çalışırlar. Ötən il yaradılmış aviakosmik fakültəyə böyük ümidlər bəslənilir.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə son beş ildə mülki aviasiya üçün müasir tipli təyyarələrin alındığını xatırladan Cahangir Əsgərov bildirmişdir ki, 2008-ci ilin avqustunda 8 ədəd "Boing" tipli təyyarənin alınması barədə müqavilə imzalanmışdır. Dövlətimizin başçısının göstərişi ilə bu ilin sonunadək akademiyada müasir tipli təyyarələrin trenajorları quraşdırılacaqdır.

Arif Paşayevin səyləri nəticəsində akademiya Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə "Milki aviasiya ali təhsil müəssisəsi" sertifikatına layiq görülmüşdür. Akademiya həm Beynəlxalq Mülki Aviasiya Təşkilatının ali təhsil ocaqları siyahısına daxil edilmişdir. 2008-ci ildə akademik Arif Paşayev Dövlətlərarası Aviasiya Komitəsinin "Aviasiya mütəxəssislərinin hazırlanması işindəki xüsusi xidmətlərinə nümunəvi tədris prosesinin təşkilinə görə" qızıl medalı ilə təltif edilmişdir.

C.Əsgərov akademik Arif Paşayevi anadan olmasının 75 illik, pedaqoji fəaliyyətinin 55 illik yubileyləri münasibətilə ürəkdən təbrik etmiş, ona Azərbaycan elminin mülki aviasiyamızın inkişafı naminə daha böyük uğurlar arzulamışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov yubilyarı ürəkdən təbrik edərək demişdir ki, akademik Arif Paşayevin elmi fəaliyyətinin əsas istiqamətləri fizika, yarımkeçiricilər fizikası texnikası sahəsinə yönəlmişdir. Alim ömrünün 40 ilindən çoxunu yarımkeçiricilərin fiziki əsaslarının elmi cəhətdən tədqiqi inkişafı problemlərinin həllinə həsr etmişdir. O, haqlı olaraq, yüksək ifratyüksək tezlikli elektromaqnit dalğalarının tətbiqi ilə materiallara zədəsiz nəzarətin fiziki əsaslarının yaradıcısı hesab olunur. Hazırda akademik Arif Paşayevin çoxillik təcrübəsi aviasiyada öz yeni elmi tətbiqini tapmışdır. Respublikamızda Milli Aviasiya Akademiyasının yaradılması burada müasir ixtisaslar üzrə kadrların hazırlanmasının təşkili Arif Paşayevin adı ilə bağlıdır. O, Azərbaycan mili aviasiya elminin təhsilinin tanınmış yaradıcısı banisidir. Buna görə "Elmi-texniki tərəqqi müasir aviasiya" mövzusunda Bakıda keçirilən bu mötəbər beynəlxalq konfransın təşkilat komitəsi bu tədbiri görkəmli alim-pedaqoqun yubileyinə həsr etməyi qərara almışdır.

AMEA-nın prezidenti daha sonra demişdir ki, Arif Paşayevin həyat yolu hər bir alimə ziyalıya örnəkdir. Respublikamızda, onun hüdudlarından kənarda tanınan bu alimin həyatı Vətəninə dünya elminə sədaqətlə xidmət nümunəsinə çevrilmişdir. Fizika elminin ən müasir sahələrində apardığı fundamental tədqiqatlar ölkəmizin hüdudlarından uzaqda da ona şöhrət gətirmişdir.

Konfransın geniş iclasında çıxış edən Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, ABŞ-ın Merilənd Universitetinin professoru Roald Saqdeyev məruzəsində dünyada peyk texnologiyalarının vəziyyəti perspektivlərindən, pilotsuz təyyarələr istehsalının hazırkı inkişaf məsələlərindən danışmışdır. Azərbaycanın milli peyk buraxmaq təşəbbüsünü bəyəndiyini söyləyən R.Saqdeyev, hələ 1998-ci ildə ümummilli lider Heydər Əliyevin tapşırığı ilə bu məsələyə diqqət yetirdiyini bildirmişdir.

Konfransın birinci günü Rusiya Elmlər Akademiyasının müxbir üzvü Vitali Aristovun "Kvant fizikası kvant elektrodinamikası (hazırda, keçmişi, gələcəyi)", İsrailın Təfəkkür Fəaliyyəti İnstitutunun professoru Konstantin Bravının "Aviasiya avadanlığının texniki hazırlığının təyyarələrin uçuş təhlükəsizliyinin təmin edilməsi üçün "Çevik idarə sistemləri", Rusiyanın NT-MDT şirkətlər qrupunun baş direktoru, texnika elmləri doktoru Viktor Bıkovun "Nanotexnoloji mərkəzlər üçün analitik avadanlıq" mövzularında məruzələri dinlənilmişdir.

Konfrans çərçivəsində görkəmli alim pedaqoq, yazıçı Mir Cəlal Paşayevin 100 illik yubileyinə həsr olunmuş akademik Arif Paşayevin ümumi redaktəsi ilə nəşr edilmiş ikicildlik "İngiliscə-azərbaycanca-rusca aviasiya terminləri lüğəti"nin təqdimat mərasimi keçirilmişdir.

Mərasimdə akademik Arif Paşayev, nəşrin baş redaktoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva başqaları çıxış etmiş, lüğətin çap nəşrinin əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, lüğətdə mülki aviasiyanın bütün fəaliyyət sahələri əhatə edilmiş bilavasitə uçuşların yerinə yetirilməsi, aeronaviqasiya təminatı, meteorologiya, radiomübadilə, hava gəmiləri aeroport avadanlığının texniki xarakteristikalarına aid 7 mindən çox termin bu terminlərə aydınlıq gətirən ingilis, fransız, ispan rus dillərində çoxlu məlumat, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatı orqanlarının siyahısı verilmişdir.

Sonra konfrans elmi seksiyalarda işini davam etdirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-13 fevral.-S.3.