Azərbaycan İstanbulda keçirilən Beynəlxalq
Turizm Sərgisində
iştirak edir
İstanbul Bəylikdüzü
Konqress və Sərgi Mərkəzində
50 ölkədən 3 minə
yaxın şirkətin
iştirak etdiyi
13-cü Şərqi Aralıq
dənizi Beynəlxalq
Turizm və Səyahət Sərgisini Türkiyənin mədəniyyət
və turizm naziri Ərtoğrul Günay açmışdır.
Sərgidə Azərbaycanın Mədəniyyət və
Turizm Nazirliyi, turizm şirkətləri iştirak edirlər.
Ölkəmizin turizm potensialını əks etdirən fotostendlər, ingilis dilində nəşr olunmuş
"Böyük İpək
Yolu və Azərbaycan", "Azərbaycan
xalçaları", "Lahıc", "Bakının
əyləncə mərkəzləri
və restoranları"
kitabçaları, "Azərbaycana
xoş gəlmisiniz",
"Qobustan" buklet
və reklamlar xüsusi salonda nümayiş etdirilir. Azərbaycan Dövlət mahnı və rəqs ansamblının ifasında
milli rəqslərimiz
sərginin iştirakçılarının
böyük marağına
səbəb olmuşdur.
Açılış mərasimində çıxış
edən nazir Ərtoğrul Günay və suriyalı həmkarı Sadaallah Ağa əl Kalaa on üçüncü
dəfədir ki, keçirilən bu sərgiyə bölgə
və dünya ölkələrinin böyük
maraq göstərdiklərini,
turizmin xalqlar arasında körpü rolunu oynadığını
söyləmişlər.
Fevralın 15-dək davam edəcək sərgidə turizm şirkətlərinin rəhbərləri
seminar və simpoziumlarda
iştirak edəcəklər.
Oqtay Bayramov,
AzərTAc-ın xüsusi müxbiri
Ankara
Azərbaycan.-2009.-13 fevral.-S.3.