Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın Baş naziri Mirek Topolanek ilə görüşmüşdür

 

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Çexiyanın Baş naziri Mirek Topolanek ilə görüşmüşdür.

Görüşdə Azərbaycanla Çexiya arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. İqtisadi əlaqələrin, o cümlədən energetika sahəsində əməkdaşlığın gələcəkdə genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi. İkitərəfli əlaqələrimizin, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd olundu. Ötən ay Budapeştdə keçirilən Nabukko sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə Çexiya Baş nazirinin görüşünün, habelə Mirek Topolanekin ölkəmizə rəsmi səfərinin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi, əlaqələrin gələcək perspektivlərinin müzakirəsi əməkdaşlığın daha da dərinləşdirilməsi üçün konkret istiqamətlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olduğu bildirildi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-14 fevral.-S.1.