Heydər Əliyev adına beynəlxalq hava limanında qarşılanma

 

Fevralın 13-də Çexiya Respublikasının Baş naziri Mirek Topolanek Azərbaycana birgünlük rəsmi səfərə gəlmişdir.

Heydər Əliyev adına beynəlxalq hava limanında hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Milli geyimli uşaqlar Çexiya hökumətinin başçısına gül dəstəsi təqdim etdilər.

Çexiyanın Baş naziri Mirek Topolaneki Azərbaycanın Baş naziri Artur Rasizadə digər rəsmi şəxslər qarşıladılar.

Hər iki ölkənin dövlət himnləri səsləndirildi.

Qarşılanma mərasimindən sonra hava limanının ali qonaqlar üçün salonunda Çexiyanın Baş naziri Mirek Topolanek Azərbaycanın Baş naziri Artur Rasizadə arasında qısa protokol söhbəti oldu.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-14 fevral.-S.1.