Amerika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Barak Obamaya

 

Hörmətli cənab Prezident!

Buffalo şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə yaxın adamlarına, bütün Amerika xalqına şəxsən öz adımdan Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 fevral 2009-cu il

 

Azərbaycan.-2009.-14 fevral.-S.1.