Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət
Çexiya Respublikasının Baş
naziri Mirek Topolanek və onu müşayiət edən nümayəndə
heyəti fevralın
13-də Fəxri xiyabanı
ziyarət etmişdir.
Mirek Topolanek xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi, məzarı önünə əklil qoydu.
Qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər güllər düzdü.
AzərTAc
Azərbaycan.-2009.-14 fevral.-S.2.