Şəhidlərin xatirəsinə ehtiram

 

Baş nazir Mirek Topolanek Çexiya nümayəndə heyətinin üzvləri Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı ərazi bütövlüyü uğrunda canlarından keçmiş cəsur Vətən övladlarının xatirəsini yad etdilər. Baş nazir "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Qonaqlar buradan Bakının mənzərəsini seyr etdilər. Onlara xalqımızın müstəqillik uğrunda apardığı mübarizə, Şəhidlər xiyabanının salınma tarixi burada aparılan yenidənqurma işləri barədə məlumat verildi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-14 fevral.-S.2.