Milli Azərbaycan
Tarixi Muzeyi ilə tanışlıq
Çexiya
Respublikasının Baş naziri Mirek Topolanek və onu
müşayiət edən nümayəndə heyəti Milli Azərbaycan
Tarixi Muzeyində olmuşdur.
Qonağa məlumat verildi ki, 1920-ci ildə yaradılmış muzeydə
qədim dövrdən
başlayaraq Azərbaycan
tarixinin bütün mərhələlərinə dair
300 mindən çox eksponat toplanmışdır. Azərbaycanın ərazisində mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar,
Ağqoyunlular, Səfəvilər
dövlətləri dövrünə
aid maddi mədəniyyət
nümunələri ölkəmizin
qədim dövlətçilik
ənənələrinin bariz
nümunəsidir.
Orta əsr Azərbaycan əhalisinin məişətdə
işlətdiyi əşyalar
Cexiyanın Baş nazirində xüsusi maraq doğurdu. Hörmətli qonağa məlumat verildi ki, 150-dən çox işçinin çalışdığı muzey həm də Milli Elmlər
Akademiyasının strukturunda
elmi tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını
yerinə yetirir.
Muzeyin yerləşdiyi, 1895-1897-ci illərdə
tikilmiş və Bakının memarlıq abidələrindən sayılan
bina isə Azərbaycan milyonçusu,
məşhur xeyriyyəçi
Hacı Zeynalabdin Tağıyevin mülkü
olmuşdur.
Bina Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə
əsaslı təmir
olunmuş və yeni görkəm almışdır.
Muzeylə tanışlıqdan
xoş təəssürat
alan Mirek
Topolanek fəxri qonaqlar kitabına ürək sözlərini
yazdı.
AzərTAc
Azərbaycan.-2009.-14 fevral.-S.2.