Azərbaycan ilə Çexiya arasında münasibətlərin inkişafında mühüm rol oynamış şəxslərə "Karel Kramarj" xatirə medalı təqdim edilmişdir

 

Çexiya Respublikasının Baş naziri Mirek Topolanek Azərbaycan ilə Çexiya arasında münasibətlərin inkişafında mühüm rol oynamış şəxslərə "Karel Kramarj" adına xatirə medalını təqdim etmişdir.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, ölkəmizin Çexiyadakı səfiri Tahir Tağızadə, Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev, tanınmış kinorejissor, xalq yazıçısı Rüstəm İbrahimbəyov bu medala layiq görülmüşlər.

Mərasimdə Azərbaycan-Çexiya münasibətlərinin strateji əhəmiyyəti, əlaqələrin daha da dərinləşməsinin zəruriliyi vurğulandı. Baş nazir Mirek Topolanek iki ölkə arasında siyasi, iqtisadi, enerji digər sahələrdə əlaqələrin mövcud səviyyəsini yüksək qiymətləndirərək bildirdi ki, Azərbaycan-Çexiya münasibətləri qarşılıqlı maraqlara uyğun olaraq bundan sonra da dostluq əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Azərbaycan ilə Çexiya arasında gözəl əlaqələrin olduğunu bildirən xarici işlər naziri Elmar Məmmədyarov qarşılıqlı münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini söylədi. Çexiyanın bu ilin payızında Bakıda səfirliyini açmaq niyyətini yüksək qiymətləndirən nazir bunu ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcəyini bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-14 fevral.-S.2.