Dağlıq Qarabağ münaqişəsinin həllində
dövlətlərin ərazi
bütövlüyü və
xalqların öz müqəddəratını təyinetmə
prinsipləri eyni tutula bilməz
Azərbaycanda səfərdə
olan ATƏT Parlament Assambleyası sədrinin Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker fevralın 13-də
Milli Məclisin Sədri Oqtay Əsədov ilə görüşmüşdür.
Milli Məclisin Sədri ötən ilin avqustunda Cənubi Qafqazda baş vermiş hadisələrdən
sonra Avropanın, nüfuzlu beynəlxalq təşkilatların bölgəyə
diqqətinin artmasını
və bu cür səfərlərin
əhəmiyyətini yüksək
qiymətləndirmişdir. O.Əsədov demişdir ki, münaqişələrin həllinin
yubanması təkcə
Cənubi Qafqazın deyil, Avropanın da təhlükəsizliyinə
təhdiddir. Ona görə
də bu cür münaqişələr
tez bir zamanda
həllini tapmalıdır.
O.Əsədov demişdir ki, bəzi hallarda dövlətlərin ərazi
bütövlüyü və
xalqların öz müqəddəratını təyinetmə
məsələsi eyni
tutulur. Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı məsələdə bu iki prinsip heç
vaxt bir yerdə ola
bilməz. Dağlıq Qarabağda yaşayan
millətlərin müqəddəratı
yalnız Azərbaycanın
ərazi bütövlüyü
çərçivəsində mümkündür.
Milli Məclisin Sədri Azərbaycanın Avropaya inteqrasiya etdiyini, Dağlıq Qarabağ münaqişəsinin tezliklə
həllinin bu prosesi daha da
sürətləndirəcəyini diqqətə çatdırmışdır.
Qoran Lenmarker yenidən Azərbaycanda olmasından
məmnunluq duyduğunu
bildirmiş və demişdir ki, Azərbaycanın iqtisadi inkişafı ölkə
həyatının bütün
sahələrində hiss olunur. ATƏT rəsmisi bildirmişdir ki, 2008-ci ilin avqustunda Cənubi Qafqazda baş vermiş hadisələrdən
sonra bu bölgəyə diqqət
artmışdır. Bu,
mövcud problemlərin
həllinə müsbət
təsir edəcəkdir.
Görüşdə qarşılıqlı maraq
doğuran məsələlər
ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.-2009.-14 fevral.-S.3.