Niderland Azərbaycanın
ərazi bütövlüyünü
və suverenliyini birmənalı dəstəkləyir
Görüşdə Azərbaycan
ilə Niderland arasında əməkdaşlığın
cari vəziyyəti müzakirə olunmuş, əlaqələrin
daha da inkişafı üçün xarici işlər
nazirlikləri arasında mütəmadi siyasi məsləhətləşmələrin
aparılması, qarşılıqlı səfərlərin
daha da intensivləşdirilməsi, iş adamlarının, mədəniyyət
nümayəndələrinin təcrübə mübadiləsinin
və digər sahələrdə əlaqələrin
genişləndirilməsinin məqsədəmüvafiqliyi
vurğulanmışdır.
Niderland diplomatı Cənubi
Qafqaz bölgəsində gedən proseslərə toxunaraq
regionda sabitliyin bərqərar olunması, bunun
üçün Avropa İttifaqının "Şərq tərəfdaşlığı"
təşəbbüsünün həyata keçirilməsinin
vacibliyi və ölkəsinin bu proqramı tam dəstəklədiyini
demişdir.
Nazir E.Məmmədyarov
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi barədə ətraflı məlumat
vermiş, problemin yalnız Azərbaycanın ərazi
bütövlüyü prinsipi, sərhədlərinin
toxunulmazlığı çərçivəsində həllinin
mümkünlüyünü qonağın diqqətinə
çatdırmışdır.
Piter de Hayer Niderland hökumətinin Azərbaycanın
ərazi bütövlüyünü
və suverenliyini birmənalı dəstəklədiyini
vurğulamışdır.
Görüşdə həmçinin regional məsələlər
və qarşılıqlı
maraq doğuran digər məsələlər
müzakirə olunmuşdur.
AzərTAc
Azərbaycan.-2009.-14 fevral.-S.3.