“Azərbaycan
Respublikası dövlət
sərhədinin buraxılış
məntəqələrindən keçirilən malların
və nəqliyyat vasitələrinin yoxlanılmasında
“bir pəncərə”
prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 11 noyabr tarixli 12 nömrəli Fərmanına əlavə
edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı
1. “Azərbaycan
Respublikası dövlət
sərhədinin buraxılış
məntəqələrindən keçirilən malların
və nəqliyyat vasitələrinin yoxlanılmasında
“bir pəncərə”
prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 11 noyabr tarixli 12 nömrəli Fərmanının 6-cı bəndində
“Səhiyyə Nazirliyi”
sözlərindən sonra
“ , Azərbaycan Respublikasının
Nəqliyyat Nazirliyi” sözləri əlavə
edilsin.
2. Bu Fərman
2009-cu il yanvarın 1-dən qüvvəyə
minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri,
13 fevral 2009-cu il.
Azərbaycan.-2009.-15 fevral.-S.2.