Hüquqi dövlət quruculuğunda yeni mərhələ

 

Demokratik inkişafın yüksək pilləsinə adlamış dövlətlərin təcrübəsi göstərir ki, ictimai-siyasi həyatın bütün sahələri üzrə dövlətin hüquqi bazasının möhkəm təməllər üzərində qurulması həmin dövlətdə sabitliyin, vətəndaş həmrəyliyinin dinamik iqtisadi inkişafın başlıca təminatından biridir. Müstəqil Azərbaycanın hüquqi dövlət vətəndaş cəmiyyəti quruculuğu yolunda uğurlu nəticələrə imza atması da məhz bu reallıqla şərtlənir: cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən Azərbaycan Konstitusiyasının demokratik dəyərlərə, beynəlxalq hüquq normalarına tamamilə cavab verməsi adekvat olaraq insan vətəndaş hüquq-azadlıqları ilə bağlı qanunvericilik aktlarının liberallığında əksini tapır.

Konstitusiya məzmun sabitliyi ilə fərqlənərək uzunmüddətli qüvvədə olması nəzərdə tutulan ali qanun kimi xarakterizə edilsə , cəmiyyətin inkişaf xüsusiyyətlərini özündə əks etdirməli, habelə insan vətəndaş hüquq-azadlıqlarına etibarlı təminat mexanizmləri formalaşdırmalıdır. Əsas Qanuna zaman-zaman müəyyən əlavə dəyişikliklərin edilməsi, onun müasir tələblərə uyğunlaşdırılması bütün demokratik dövlətlər üçün səciyyəvi haldır. Mövcud inteqrasiya prosesləri hüququn müasir inkişafı şəraitində Konstitusiya dəyişikliyə məruz qalmayan "doqma" kimi qəbul edilmir. Azərbaycanda hələ 7 il öncə - 2002-ci ildə konstitusion dəyişikliklərə yaranan ehtiyac da məhz bütün sahələrdə qabarıq nəzərə çarpan sürətli inkişafdan irəli gəlmişdir. Konstitusiyanın qəbulundan ötən müddətdə ölkədə hüquqi islahatların aparılması nəticədə yeni demokratik siyasi şəraitin formalaşması, habelə Azərbaycanın insan hüquqları sahəsində bir sıra mühüm konvensiyalara, beynəlxalq təşkilatlara qoşulması fonunda Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş dəyişikliklərin dərəcədə əsaslı, məntiqi olması gerçək təsdiqini tapırdı.

2002-ci ilin avqust referendumundan sonra Azərbaycanda baş verən ictimai-siyasi, iqtisadi hüquqi inkişafın miqyası barədə dolğun təsəvvür formalaşdırmaq, bu sahədə özünü göstərən yenilikləri tam əhatə etmək olduqca çətindir. Azərbaycan Prezidenti İlham Əliyevin son beş illik rəhbərliyi dövründə respublikamız bir çox inkişaf etmiş dövlətlərin onilliklər boyu keçdiyi inkişafa bərabər yol keçmiş, iqtisadi tərəqqi, demokratikləşmə, insan hüquq azadlıqlarının, vətəndaş cəmiyyəti təsisatlarının təminatı sahəsində nəzərəçarpacaq uğurlara imza atmışdır. Belə bir mühüm mərhələdə Konstitusiyaya obyektiv tələbatdan irəli gələn əlavə dəyişikliklərin edilməsi Azərbaycanın mütərəqqi inkişaf xüsusiyyətləri ilə bağlıdır, onun beynəlxalq aləmdə demokratik dəyərlərə, insan hüquqlarına sadiq dövlət kimi tanınması, nüfuz mövqelərinin möhkəmləndirilməsi məqsədi daşıyır.

"Azərbaycan Respublikası Konstitusiyasına əlavələr dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin 29 maddəsində əksini tapmış 41 əlavə dəyişikliyin hər biri mütərəqqi xarakteri ilə Əsas Qanunda insan vətəndaş hüquq-azadlıqlarına əlavə təminat yaratmaq, bu sahədə bəzi mövcud qanunlara, normativ-hüquqi aktlara konstitusion status vermək məqsədi daşıyır. Məsələn, 12-ci maddəyə təklif olunan əlavəyə görə, insan vətəndaş hüquq azadlıqları ilə yanaşı, "Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi" dövlətin ali məqsədləri sırasına daxil edilir. 17-ci maddəyə təklif edilən əlavə dəyişikliklər uşaq hüquqlarının qorunmasında dövlətin məsuliyyətini fəaliyyət dairəsini daha da genişləndirir, bu sahədə mövcuq normalara konstitusion status verir.

50-ci maddəyə təklif edilən əlavə mahiyyət etibarilə kütləvi informasiya vasitələrində özünü göstərən neqativ halların aradan qaldırılması baxımından vacib əhəmiyyət daşıyır. Həmin maddənin III hissəsində yer alan prinsipial əlavəyə görə, "Hər kəsin hüquqlarını pozan ya mənafeyinə xələl gətirən, kütləvi informasiya vasitələrində dərc edilən məlumatı təkzib etmək ya ona cavab vermək hüququna təminat verilir. Məlumdur ki, insanların şərəf ləyaqətinə toxunan, həqiqətə uyğun olmayan məlumatlar dərc edən bəzi qəzetlər zərərçəkmiş şəxsin təkzib vermək, yaxud barəsində səslənən ittihamı cavablandırmaq hüququnu kobud şəkildə pozurlar. Bu baxımdan hər hansı bir vətəndaşın barəsində KİV- yayılmış həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatı təkzib etmək hüququnun konstitusion əsaslarının yaradılması son dərəcə mühüm yenilik kimi qiymətləndirilməlidir.

Konstitusiyaya təklif edilən əlavə dəyişikliklərin müəyyən qismi isə məhkəmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə, ədalət mühakiməsinin daha şəffaf mexanizmlər əsasında həyata keçirilməsinə, təsir gücünün artırılmasına yönəlmişdir. Məsələn, 125-ci maddəyə edilmiş əlavəyə görə, "Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir". 129-cu maddəyə təklif olunan əlavəyə görə isə, "Məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur".

Azərbaycanda hakimiyyətin yeganə mənbəyi xalq olduğundan, ölkədə qəbul edilən bütün qanun digər normativ-hüquqi aktlar da məhz onun mənafeyinə əsaslanmalıdır. Bununla belə, mövcud Konstitusiyada xalqın, habelə vətəndaş qruplarının qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ nəzərdə tutulmamışdır. 96- maddəyə (Qanunvericilik təşəbbüsü hüququ) təklif edilən dəyişikliyə görə, Azərbaycan Respublikasının hər 40 min vətəndaşına qanunvericilik təşəbbüsü hüququnun verilməsi xalqın konstitusion hüquqlarının daha da genişləndirilməsinə xidmət edir.

Konstitusiyanın 101-ci maddəsinin V hissəsinə təklif olunan əlavə dəyişiklik ümumən respublikamızın hazırkı dinamik inkişafı ilə şərtlənir. Bu maddədə edilən dəyişikliyə görə, bir şəxsin iki dəfədən artıq təkrarən prezident seçilməsinə qoyulmuş məhdudiyyət aradan qaldırılır. Xalqın siyasi iradəsi ilə tamamilə uzlaşan bu dəyişiklik mahiyyət etibarilə bir sıra dövlətlərin təcrübəsinə əsaslanır. 1995-ci ildə bu müddəa Konstitusiyaya daxil edilərkən Azərbaycan bir ictimai-iqtisadi formasiyadan digərinə keçid mərhələsinə yenicə adlamış, dövlətçilik təsisatları tam oturuşmamış, hakimiyyətin qeyri-konstitusion yolla ələ keçirilməsinə yönəlmiş çevriliş cəhdlərinin qarşısı yenicə alınmışdı. Ölkədə iqtisadi islahatlar yeni başlanmış, demokratikləşmə insan hüquqlarının təminatı sahəsində ciddi nailiyyətlər əldə olunmamışdı. Bütün bunların fonunda vətəndaş cəmiyyəti institutlarının inkişafı hazırkı kimi yüksək səviyyəyə çatmamış, hakimiyyət üzərində ictimai nəzarəti təmin edən təsisatlar formalaşmamışdı. Son 14 ildə respublikamızda çox böyük, kardinal dəyişikliklərin baş verməsi fonunda bir şəxsin iki dəfədən artıq prezident seçilməsi ilə bağlı müddəa əvvəlki kimi aktuallıq kəsb etmir. Çünki ölkədə seçki praktikası kifayət qədər liberallaşaraq demokratik normalara, Avropa standartlarına tam cavab verir. Azad ədalətli seçkilərin keçirilməsinə heç bir problem yoxdur. Bir şəxsin iki dəfədən artıq seçkilərdə iştirak imkanına malik olması ölkənin demokratik inkişafına, yaxud da seçki prosesinin demokratikliyinə qətiyyən mənfi təsir göstərmir. Çünki hər bir prezidentliyə namizəd yalnız xalqın iradəsinin azad ifadəsi nəticəsində prezident kürsüsünə gələ bilər.

101-ci maddənin V hissəsinə təklif olunan əlavəyə görə, "Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir". Müharibə şəraitində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin hərbi əməliyyatların sonunadək uzadılması təklifi isə ölkənin milli təhlükəsizliyindən irəli gələn obyektiv tələbatdır.

 

 

Telman Mustafayev

Hüquqşünas

 

Azərbaycan.-2009.-15 fevral.-S.5.