Prezident sarayı önündə rəsmi qarşılanma mərasimi

 

 Fevralın 16-da Yunanıstan Prezidentinin sarayı önündə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.

Sarayın qarşısında Azərbaycanın Yunanıstanın dövlət bayraqları asılmış, Azərbaycan Prezidentinin şərəfinə milli qvardiyaçılardan ibarət fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Yunanıstan Prezidenti Karolos Papulyas qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Azərbaycanın Yunanıstanın dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Yunanıstanın rəsmi şəxsləri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Yunanıstan Prezidenti Karolos Papulyasa təqdim olundu.

Prezidentlər rəsmi foto çəkdirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-17 fevral.-S.1.