Geniş tərkibdə
görüş
Fevralın 16-da təkbətək görüşdən
sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Yunanıstan Prezidenti Karolos Papulyasın nümayəndə heyətlərinin
iştirakı ilə
geniş tərkibdə
görüşü olmuşdur.
Qarşılıqlı əlaqələrin genişlənməsindən
danışan Prezident
Karolos Papulyas Azərbaycan Prezidentinin Türkiyə-Yunanıstan qaz
kəmərinin açılış
mərasimində iştirakının
əhəmiyyətini vurğuladı,
eyni zamanda, indiki səfərin də ikitərəfli əlaqələrin genişlənməsinə
təkan verəcəyini
bildirdi.
Yunanıstanın dövlət
başçısı dedi ki, iki ölkə arasında
energetika sahəsində əlaqələr də yaxşı
inkişaf edir. Bunun regional əməkdaşlıq
baxımından da əhəmiyyətli olduğunu
vurğulayan Prezident Karolos Papulyas qarşılıqlı əlaqələrin
bundan sonra da genişlənəcəyinə əminliyini söylədi.
İkitərəfli
münasibətlərin inkişafından məmnunluğunu
bildirən Prezident İlham Əliyev dedi ki, səfər
zamanı imzalanacaq sənədlər siyasi, iqtisadi, enerji və
digər sahələrdə əlaqələrin daha da
genişlənməsi üçün yaxşı hüquqi əsas
yaradacaqdır.
Avropanın
enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın
fəal iştirakını xatırladan dövlətimizin
başçısı bu baxımdan Yunanıstan ilə də
enerji sahəsində əməkdaşlığın əhəmiyyətini
vurğuladı.
Türkiyə-Yunanıstan
qaz kəmərinin açılış mərasimində
iştirakını və həmin tədbiri məmnunluqla
xatırladan Prezident İlham Əliyev dedi ki, həmin qaz xəttinin
açılması Azərbaycan-Yunanıstan əlaqələri,
eyni zamanda, regional enerji əməkdaşlığı
üçün yeni bir mərhələnin
başlanğıcı olmuşdur.
Azərbaycan
Prezidenti ümidvar olduğunu bildirdi ki, iki ölkənin
qarşılıqlı əlaqələri bundan sonra da
genişlənəcəkdir.
Prezidentlər
ikitərəfli əlaqələrin Azərbaycan-Avropa
İttifaqı əlaqələri çərçivəsində
əhəmiyyətini vurğuladılar,
qarşılıqlı münasibətlərin daha da
genişlənməsi üçün yaxşı potensialın
olduğunu bildirdilər.
AzərTAc
Azərbaycan.-2009.-17 fevral.-S.2.