Sənədlərin imzalanma mərasimi
Fevralın 16-da geniş tərkibdə görüşdən sonra
Prezidentlər İlham
Əliyevin və Karolos Papulyasın iştirakı ilə Azərbaycan-Yunanıstan sənədlərinin
imzalanma mərasimi olmuşdur.
Azərbaycan Respublikası hökuməti
və Yunanıstan Respublikası hökuməti
arasında gəlirlərə
və əmlaka görə vergilərə
münasibətdə ikiqat
vergitutmanın aradan qaldırılması haqqında
konvensiyanı Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov
və Yunanıstanın
iqtisadiyyat və maliyyə nazirinin müavini Adtonis Bezas imzaladılar.
Azərbaycan Respublikası hökuməti
və Yunanıstan Respublikası hökuməti
arasında hava əlaqələri haqqında
sazişi "Azərbaycan
Hava Yolları"
QSC-nin prezidenti Cahangir Əsgərov və Yunanıstanın nəqliyyat və kommunikasiya nazirinin müavini Mixail Bekiris imzaladılar.
Azərbaycan Respublikası hökuməti və Yunanıstan Respublikası hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Yunanıstanın nəqliyyat və kommunikasiya nazirinin müavini Mixail Bekiris imzaladılar.
Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Yunanıstan Respublikasının İnkişaf Nazirliyi arasında bərpa olunan enerji ehtiyatları və enerji səmərəliliyi sahəsində anlaşma memorandumunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Yunanıstanın inkişaf naziri Kostis Hatzidakis imzaladılar.
AzərTAc
Azərbaycan.-2009.-17 fevral.-S.2.