"Vardinoyannis Group"un idarə heyətinin sədri və "Motor Oil
Fevralın 16-da Azərbaycan
Prezidenti İlham Əliyev onun üçün ayrılmış
iqamətgahda - "Grande Bretagne" mehmanxanasında "Vardinoyannis
Group"un idarə heyətinin sədri və "Motor Oil Hellas"ın
prezidenti Vardis Vardinoyannis ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Yunanıstan arasında energetika sahəsində əməkdaşlığa dair
məsələlər müzakirə
olundu.
AzərTAc
Azərbaycan.-2009.-17 fevral.-S.2.