Dövlət başçılarının
mətbuat üçün
bəyanatları
Fevralın 16-da sənədlərin imzalanma mərasimindən sonra Yunanıstanın və Azərbaycanın dövlət başçıları mətbuat üçün bəyanatlarla çıxış etmişlər.
Yunanıstan Prezidenti
KAROLOS PAPULYAS dedi:
- Xanımlar
və cənablar!
Azərbaycan Prezidentini və onun nümayəndə heyətini burada, Prezident sarayında qarşılamaq böyük
şərəfdir. Danışıqlar zamanı biz, əsasən,
ikitərəfli əlaqələrin
daha da inkişaf
etdirilməsi imkanlarına
böyük diqqət
yetirdik. Ölkələrimiz arasında prioritet sayılan enerji, sərmayələr, ticarət,
mədəniyyət sahələrində
əməkdaşlıq əlaqələrin
inkişafı üçün
böyük potensiala malik olan məsələlərdir.
Cənab İlham Əliyev ilə mən Avropanın qonşuluq siyasəti çərçivəsində
Azərbaycanın Avropa
İttifaqı əlaqələrini
müzakirə etdik.
Yunanıstan Prezidenti bildirdi ki, Azərbaycan Prezidentinin səfəri və yeni imzalanmış
sənədlər iki
ölkə arasında
əlaqələrin inkişafına
əhəmiyyətli töhfə
verəcəkdir.
Karolos Papulyas Azərbaycana səfərə dəvət
etdiyinə görə
Prezident İlham Əliyevə təşəkkür
etdi və bu dəvəti məmnunluqla qəbul etdiyini bildirdi.
- Hörmətli
cənab Prezident!
Hörmətli xanımlar
və cənablar!
Cənab Prezident,
ilk növbədə, mənə
və nümayəndə
heyətinə göstərdiyiniz
qonaqpərvərliyə görə
Sizə öz dərin minnətdarlığımı
bildirmək istəyirəm.
Bu səfər Azərbaycan Prezidentinin Yunanıstana
ilk dövlət səfəridir
və biz Azərbaycanda
buna çox böyük əhəmiyyət
veririk. Əminəm ki, səfərin
nəticələri çox
uğurlu olacaq və Yunanıstan-Azərbaycan
ikitərəfli münasibətlərinin
gələcək inkişafına
çox müsbət
təsir göstərəcəkdir.
Biz bu gün Sizinlə
çox geniş fikir mübadiləsi apardıq və ikitərəfli, regional məsələləri
çox geniş təhlil etdik. Azərbaycanın böyük enerji ehtiyatlarının dünya
bazarlarına çıxarılması
üçün son illər
ərzində böyük
işlər görülüb
və indiki mərhələdə Yunanıstan
ilə Azərbaycan arasında əlaqələrin
bu sahədə inkişafına mühüm
təsiri olacaqdır.
Enerji təhlükəsizliyi məsələləri
bu gün dünyanın gündəliyində
birinci yerdə dayanan məsələdir və Azərbaycan öz tərəfindən
Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında rolunu oynamağa hazırdır. Artıq bir
ildən çoxdur ki, Azərbaycan qazı Yunanıstan bazarına və beləliklə, Avropa İttifaqının bazarına
daxil olur. Şübhə yox ki, gələcəkdə bu əməkdaşlığın daha böyük həcmdə aparılması
üçün çox
yaxşı imkanlar
var.
Görüş zamanı mən cənab Prezidentə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
həlli yolları barədə Azərbaycanın
mövqeyini təqdim etdim. Bildirdim ki, uzun illər ərzində Azərbaycan torpaqları Ermənistanın işğalı
altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində
bir milyondan artıq azərbaycanlı
öz doğma torpaqlarından didərgin
salınıbdır. Münaqişələrin həlli üçün ərazi bütövlüyü
prinsipi əsas tutulmalıdır və əminəm ki, belə olsa və Ermənistan beynəlxalq hüquq normalarına riayət etsə, tezliklə bu münaqişə öz həllini tapa bilər.
Cənab Prezident,
mənim dəvətimi
qəbul etdiyinizə görə Sizə öz təşəkkürümü
bildirmək istəyirəm
və səbirsizliklə
Sizi Azərbaycanda gözləyirəm.
Bir daha qonaqpərvərliyə
və göstərdiyiniz
çox səmimi münasibətə görə
Sizə minnətdarlığımı
bildirirəm.
Azərbaycan.-2009.-17 fevral.-S.2.