Milli Arxeoloji Muzey ilə tanışlıq

 

 Fevralın 16-da Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan paytaxtındakı Milli Arxeoloji Muzeylə tanış olmuşdur.

Prezident İlham Əliyevi xanımı Mehriban Əliyevanı muzeyin rəhbərləri qarşıladılar.

Dövlətimizin başçısına məlumat verildi ki, muzeydə Yunanıstan tarixinin ən qədim dövrlərini əks etdirən eksponatlar nümayiş etdirilir. Muzey Afinaya gələn turistlərin ən çox maraq göstərdikləri yerlərdən biridir və onlarda Yunanıstanın qədim tarixi, insanların yaşayışı, məşğuliyyəti haqqında aydın təsəvvür yaradır.

Dövlətimizin başçısı və xanımı muzeyin ayrı-ayrı bölmələrində nümayiş etdirilən eksponatlara baxdılar.

Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim olundu.

Azərbaycan Prezidenti və xanımı muzeyin əməkdaşları ilə xatirə şəkli çəkdirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-17 fevral.-S.3.