Azərbaycanın birinci xanımı Yunanıstan Milli Qalereyasında olmuşdur

 

Fevralın 16-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Yunanıstan Milli Qalereyasında olmuşdur.

Mehriban xanım muzeydə Yunanıstanın müasir rəngkarlıq məktəbini təmsil edən rəssamların əsərlərinə baxdı.

Azərbaycanın birinci xanımına qalereyadakı eksponatların kataloqu hədiyyə olundu.

Muzeylə tanışlıq zamanı Mehriban xanım Əliyevanı YUNESKO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis müşayiət edirdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-17 fevral.-S.4.