Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev Xocalı soyqırımının on yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planını təsdiq etmişdir

 

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə Xocalı soyqırımının on yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiq edilmişdir.

Tədbirlər planına əsasən, fevralın 26-da Bakı şəhərinin Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə Şəhidlər xiyabanı ziyarət ediləcəkdir. Həmçinin, ölkənin bütün ərazisində saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaqdır.

Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə xarici kütləvi informasiya vasitələri, teleradio kanalları internet şəbəkəsi ilə bu qanlı qırğına həsr olunmuş materialların yayılması, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində diaspor təşkilatlarında anma mərasimlərinin keçirilməsi nəzərdə tutulmuşdur.

Tədbirlər planına uyğun olaraq, ölkəmizin televiziya radiolarında, kütləvi informasiya vasitələrində Xocalı soyqırımı ilə bağlı materiallar veriləcək, idarə təşkilatlarda, teatr-konsert müəssisələrində, sərgi salonlarında, ali orta məktəblərdə tədbirlər keçiriləcək, milli azadlıq uğrunda mübarizədən söhbət açan sənədli bədii filmlər nümayiş olunacaqdır.

Həmçinin, xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər rayonlarda şəhid ailələrinə yardımlar göstəriləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-17 fevral.-S.4.