Azərbaycan Respublikasının
Seçki Məcəlləsinə
əlavələr və
dəyişikliklər edilməsi
haqqında Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
I. Azərbaycan
Respublikasının Seçki
Məcəlləsinə (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2003-ci il, ¹ 6, maddə 274, ¹ 12, I kitab, maddə 680; 2004-cü il,
¹ 6, maddə 416, ¹ 11, maddə
891; 2005-ci il, ¹ 2, maddə
62, ¹ 4, maddə 278, ¹ 7, maddələr
576, 584, ¹ 12, maddə 1091; 2007-ci il, ¹ 7, maddə 712; 2008-ci il, ¹ 6, maddə 457) aşağıdakı əlavələr
və dəyişikliklər
edilsin:
1.11-1.2-ci maddədə
“salınması” sözündən
sonra “, seçkinin (referendumun) nəticələrinə
təsir məqsədi
ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi” sözləri əlavə
edilsin;
2. 88.7-ci maddə
üzrə:
2.1. birinci cümlədə
“təqdimatla” sözü
“hüquq mühafizə
orqanlarına və ya” sözləri ilə əvəz edilsin;
2.2. ikinci cümlədə
“qeydə alınmış
namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna,
referendum üzrə təşviqat
qrupuna öz qərarı ilə xəbərdarlıq edir və ya qanunsuz
təşviqat fəaliyyətinin
qarşısının alınması
barədə təqdimatla
məhkəməyə müraciət
edir” sözləri “təqsirli şəxslərin
inzibati məsuliyyətə
cəlb edilməsi üçün müvafiq
tədbirlər görür”
sözləri ilə əvəz edilsin;
3. 113.2.2-ci, 113.2.5-113.2.10-cu,
113.2.12-ci və 113.2.13-cü maddələrdə “və
bu haqda əvvəl edilmiş xəbərdarlıq nəzərə
alınmadıqda” sözləri
çıxarılsın;
4. 115.1.2-ci maddə
aşağıdakı redaksiyada
verilsin:
“115.1.2. seçkinin (referendumun)
nəticələrinə təsir
məqsədi ilə vəzifə səlahiyyətlərindən
sui-istifadə edənlər;”;
5. 115.1.21-ci maddənin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
115.1.22-ci və 115.1.23-cü maddələr əlavə
edilsin:
“115.1.22. seçkilərdə iştirak
etdiyi müddətdə
xidməti vəzifələrinin
icrasını dayandırmayan
dövlət və ya bələdiyyə xidmətində olan qeydə alınmış
namizədlər;
115.1.23. seçici imzalarının
toplanmasında iştirak
edən hüquqi şəxslər, dövlət
və bələdiyyə
orqanlarının, qurumların
və təşkilatların
vəzifəli şəxsləri.”;
6. 116-cı maddə
üzrə:
6.1. adında “Seçki komissiyaları tərəfindən
cərimələrin” sözləri
“Cərimələrin” sözü
ilə əvəz edilsin;
6.2. mətnində “cərimə
tətbiq” sözləri
“cərimənin tətbiqi
üçün məhkəməyə
müraciət” sözləri
ilə əvəz edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri,
16 dekabr 2008-ci il.
Azərbaycan.-2009.-17 fevral.-S.4.