Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr dəyişikliklər edilməsi haqqındaAzərbaycan Respublikasının 2008-ci il 16 dekabr tarixli 739-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamı

 

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr dəyişikliklər edilməsi haqqındaAzərbaycan Respublikasının 2008-ci il 16 dekabr tarixli 739-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarınınAzərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr dəyişikliklər edilməsi haqqındaAzərbaycan Respublikasının 2008-ci il 16 dekabr tarixli 739-IIIQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 13 fevral 2009-cu il.

 

Azərbaycan.-2009.-17 fevral.-S.4.