Birləşmiş Millətlər Təşkilatının
“İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktına uyğun olaraq Azərbaycan Respublikasının
qəbul etdiyi öhdəliklərin yerinə
yetirilməsi ilə bağlı üçüncü
dövri məruzənin
hazırlanması və
təqdim olunması barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamı
Birləşmiş Millətlər
Təşkilatının “İqtisadi, sosial və mədəni
hüquqlar haqqında” Beynəlxalq Paktına Azərbaycan
Respublikasının qoşulduğunu nəzərə alaraq və
həmin Paktın müddəalarına uyğun olaraq Azərbaycan
Respublikasının öz öhdəliklərini yerinə
yetirməsi ilə bağlı həyata keçirdiyi tədbirlər
barədə üçüncü dövri məruzənin
hazırlanmasını və Birləşmiş Millətlər
Təşkilatının İqtisadi, sosial və mədəni
hüquqlar Komitəsinə təqdim olunmasını təmin
etmək məqsədilə qərara alıram:
1. Birləşmiş
Millətlər Təşkilatının İqtisadi, sosial və
mədəni hüquqlar haqqında” Beynəlxalq Paktına
uyğun olaraq Azərbaycan Respublikasının qəbul etdiyi
öhdəliklərin yerinə yetirilməsi ilə
bağlı həyata keçirdiyi tədbirlər barədə
üçüncü dövri məruzənin
hazırlanması üçün aşağıdakı tərkibdə
işçi qrup yaradılsın:
İşçi qrupun rəhbəri
Xələf Xələfov
- Azərbaycan Respublikası xarici işlər nazirinin
müavini
İşçi qrupun üzvləri
İlqar Fəti-zadə
- Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
Oruc Zalov - Azərbaycan
Respublikası daxili işlər nazirinin müavini
Toğrul Musayev - Azərbaycan
Respublikası ədliyyə nazirinin müavini
Mikayıl Cabbarov - Azərbaycan
Respublikası iqtisadi inkişaf nazirinin müavini
Natiq Məmmədov - Azərbaycan
Respublikası əmək və əhalinin sosial müdafiəsi
nazirinin müavini
Ədalət Vəliyev
- Azərbaycan Respublikası mədəniyyət və turizm
nazirinin müavini
Elsevər Ağayev - Azərbaycan
Respublikası səhiyyə nazirinin müavini
Firdovsi Əliyev - Azərbaycan
Respublikası ekologiya və təbii sərvətlər
nazirinin müavini
Elmar Qasımov - Azərbaycan
Respublikası təhsil nazirinin müavini
İntiqam Babayev - Azərbaycan
Respublikası gənclər və idman nazirinin müavini
Sədaqət Qəhrəmanova
- Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin sədr
müavini
Həmid Bağırov -
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
sədr müavini
Sahib Rəhimov - Azərbaycan
Respublikasının Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədr müavini
Azad Nağıyev - Azərbaycan
Respublikası Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin sədr müavini
Zakir Babayev - Azərbaycan
Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədr
müavini
İlyas Əliyev - Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci
müavini
Kamran İmanov - Azərbaycan
Müəllif Hüquqları Agentliyinin sədri
Zaur Əliyev - Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili (Ombudsman) Aparatının sektor müdiri
2. İşçi qrupa
tapşırılsın ki, dörd ay müddətində bu sərəncamın
birinci bəndində göstərilən məruzənin layihəsini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın birinci bəndində
göstərilən üçüncü dövri məruzənin
hazırlanıb baxıldıqdan sonra Birləşmiş Millətlər
Təşkilatının İqtisadi, sosial və mədəni
hüquqlar Komitəsinə təqdim olunmasını təmin
etsin.
4. Bu sərəncam
imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri,
13 fevral 2009-cu il.
Azərbaycan.-2009.-17 fevral.-S.5.