Yunanıstan Prezidenti Karolos Papulyasın nitqi

 

- Zati-aliləri!

Sizi xanımınızı Afinada salamlamaqdan olduqca məmnunuq.

Əminəm ki, bu səfər Azərbaycan ilə Yunanıstan arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəkdir.

Xalqlarımız arasında əlaqələr Prometeyin ölkənizdən odu gətirdiyinə həsr olunmuş əfsanənin vaxtlarına təsadüf edir. Siciliyalı Deodor Strabon xalqlarımızı bir-birinə bağlayan mədəni tellərə istinad edirdilər.

Bizans dövründə təmaslarımız mübadilələr dayanmadan davam etmişdir. Sizin regionun cənubuna səfərlərindən sonra Herakl məhz bu yerlərdə özünə istirahət üçün sakit məskən tapmışdır. Yeni tarixdə Azərbaycan Qara dəniz sahilində yaşayan yunanlara çətin anlarda öz qapılarını açmışdır. Hətta bu gün yunanların Bakıda kiçik, lakin tarixi icmasının olması ölkələrimiz arasında önəmli əlaqələri əks etdirir.

Cənab Prezident!

Bilirəm ki, Siz yunan sivilizasiyasına çox yaxşı bələdsiniz mən yunan dili ədəbiyyatını sevdiyinə görə Azərbaycan xalqına minnətdarlığımı bildirmək istəyirəm. Bakıda Yunan Dili Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərməsi, eləcə Azərbaycan tələbələrinin dilimizin öyrənilməsinə olan marağı çox əhəmiyyətlidir. Yunanıstan bu səyləri həmişə dəstəkləyəcək Mərkəzin işinin təkmilləşdirilməsinə yönəlmiş hər bir təşəbbüsə maddi yardım göstərəcəkdir.

Siyasi səviyyədəki münasibətlərimiz daim inkişaf edir. Buna sübut nazirlər digər hökumət rəsmiləri səviyyəsində qarşılıqlı səfərlərdir.

Xüsusi əhəmiyyət kəsb edən enerji sahəsində, Yunanıstan Azərbaycanı Türkiyə Yunanıstan vasitəsilə İtaliya ilə birləşdirəcək təbii qaz boru kəmərinin çəkilməsi sahəsində ölkələrimiz arasında əməkdaşlığı səmimiyyətlə arzulayır.

Biz həmçinin arzu edirik ki, ikitərəfli iqtisadi ticari əlaqələr genişlənsin. İnanıram ki, səfəriniz zamanı adamlarımızın görüşləri bu istiqamətə töhfə verəcəkdir.

Cənab Prezident!

Bilirsiniz ki, Qafqaz regionu Yunanıstan üçün çox vacibdir. Biz tarixi dostluq əməkdaşlıq telləri ilə bağlıyıq. Biz demokratiyanın möhkəmləndirilməsi, qanunun aliliyinin təşviq olunmasına, insan hüquqlarına hörmət bəslənməsində bütöv regionun əziyyət çəkdiyi münaqişələrin sülh yolu ilə həllində maraqlıyıq.

Karolos Papulyas qeyd etdi ki, bu il Yunanıstan ATƏT- sədrlik edir təşkilatın fundamental tələblərinə cavab vermək məqsədilə bütün səyləri göstərir. Sədrlik edən tərəf kimi Yunanıstan Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışır, münaqişənin həllində münasib format sayılan Minsk qrupunun yardımı ilə məsələnin dinc yolla çözülməsinə yönəlmiş qərarların qəbul olunmasını məqbul hesab edir. Həmin məsələnin həlli bütün Qafqaz regionunda, habelə dünyada sülh sabitlik üçün həlledici əhəmiyyətə malikdir.

Karolos Papulyas dedi ki, Yunanıstan Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını dəstəkləyir Aİ- daha da yaxınlaşmaqda Azərbaycana yardım göstərmək üçün öz təcrübəsini bölüşməyə hazırdır.

Biz "Qara dəniz işbirliyi" çərçivəsində Avropa İttifaqının təşviq etdiyi hər bir regional siyasəti dəstəkləyirik inanırıq ki, Şərq tərəfdaşlığı region ölkələrini Avropaya daha da yaxınlaşdıraraq, onlara əlavə fayda gətirəcəkdir.

Ölkəmiz "Sülh naminə tərəfdaşlıq" proqramına öz dəstəyini verərək, Azərbaycanın Avratlantik xəttinə yardım edəcəkdir.

Yunanıstanın dövlət başçısı iki ölkə arasında əməkdaşlığın daha da güclənəcəyinə xalqlarımızın bir-birinə daha yaxın olacağına əminlik ifadə etdi.

 

 

Azərbaycan.-2009.-18 fevral.-S.1.