Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan parlamentinin Sədri Dimitris Siufasla görüşmüşdür

 

Fevralın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan parlamentinin - Deputatlar Palatasının Sədri Dimitris Siufas ilə görüşmüşdür.

Azərbaycan ilə Yunanıstan arasında münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunan görüşdə parlamentlərarası əlaqələrin əhəmiyyəti vurğulandı bu sahədəki əməkdaşlığın qarşılıqlı münasibətlərə töhfə verdiyi bildirildi.

Yunanıstan parlamentinin Sədri Azərbaycan Prezidenti İlham Əliyevi parlamentin qızıl medalı ilə təltif etdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-18 fevral.-S.1.