Prezident İlham Əliyev Baş nazir Kostas Karamanlis mətbuat üçün bəyanatlarla çıxış etmişlər

 

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın Baş naziri Kostas Karamanlis görüşdən sonra mətbuat nümayəndələri qarşısında bəyanatlarla çıxış etmişlər.

Kostas Karamanlis dedi ki, Azərbaycan Yunanıstan üçün Qafqazda mühüm ölkədir bizim çoxtərəfli əlaqələrimiz var. Yunanıstan Azərbaycan ilə enerji sahəsində uğurlu əməkdaşlıq edir.

Prezident İlham Əliyev bildirdi ki, Yunanıstana səfərin nəticələri uğurludur. İki ölkə arasında siyasi dialoq yüksək səviyyədədir. Azərbaycan-Yunanıstan əlaqələri dostluq tərəfdaşlıq xarakteri daşıyır. Enerji sahəsində əməkdaşlığın da böyük əhəmiyyəti var. Yunanıstan Avropa İttifaqının üzvü olan ilk ölkədir ki, Azərbaycan qazı buraya birbaşa ixrac olunur. Azərbaycan Avropanın enerji təhlükəsizliyindəki rolunu bundan sonra da davam etdirəcəkdir.

Daha sonra jurnalistlərin suallarına cavab verildi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-18 fevral.-S.2.